Təxt Rəvançi Hindistana səfər edəcək
Yan 01, 2025 04:57 Asia/Baku
İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini “Məcid Təxt-Rəvançi" Hindistana səfər edəcək.
İran İslam Respublikası xarici işlər nazirinin siyasi müavini “Məcid Təxt-Rəvançi" İran-Hindistan siyasi məsləhətləşmələrinin 19-cu raundunda iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran-Hindistan siyasi məsləhətləşmələrinin 19-cu raundu cümə axşamı və cümə günləri (yanvarın 2-si və 3-ü) Yeni Dehlidə keçiriləcək və "Məcid Təxtrovançi" və onu müşayiət edən nümayəndə heyəti orada iştirak edəcək.
Teqlər