İran Amerika və İngiltərənin Yəmənə hücumlarını pisləyib
https://parstoday.ir/azeri/news/iran-i9254-İran_amerika_və_İngiltərənin_yəmənə_hücumlarını_pisləyib
İran İslam Respublikası ABŞ və İngiltərənin Yəmənin paytaxtı Sənaya hücumunu pisləyib.
(last modified 2025-01-02T04:17:03+00:00 )
Yan 01, 2025 08:35 Asia/Baku
  • İran Amerika və İngiltərənin Yəmənə hücumlarını pisləyib

İran İslam Respublikası ABŞ və İngiltərənin Yəmənin paytaxtı Sənaya hücumunu pisləyib.

İran Xarici İşlər Nazirliyinin Fars körfəzi üzrə baş direktoru və nazirin köməkçisi Mohammad AliBek, ABŞ və İngiltərənin Sənanın müxtəlif bölgələrinə genişmiqyaslı hücumlarını qətiyyətlə pisləyib və bu hərəkətləri sionist rejimin Qəzzada cinayətlərini davam etdirilməsinin dəstəklənməsi kimi qiymətləndirib. 

ABŞ və İngiltərənin Yəmən ərazisinə təkrar hərbi təcavüzü beynəlxalq qanunların və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq-aşkar pozulması və Yəmənin milli suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzdür.-Məhəmməd Əlibəy deyib.

Xarici İşlər Nazirliyinin Fars Körfəzi üzrə baş direktoru Qərbi Asiya regionundakı bütün münaqişə və hücumların kökünü sionist rejimin Qəzzada soyqırım siyasətinin davamı hesab edib və bir daha bu rejimin müharibəni alovlandırması və qızışdırması, habelə regional və beynəlxalq sülh və təhlükəsizlik üçün mənfi nəticələri barədə xəbərdarlıq edib.

O, həmçinin regionda sabitliyi pozmaq və Yəmən böhranında iştirak edən qruplar və ölkələr arasında sülh və barışıq prosesini zəiflətmək məqsədi ilə ABŞ-ın başçılıq etdiyi koalisiyanın Yəmən ərazisinə avantürist və təcavüzkar hücumlarının davam etdirilməsini göstərib və təhlükəli nəticələrə və gözlənilməz regional şəraitə görə birbaşa ABŞ və İngiltərənin məsuliyyət daşıdığını bildirib.

Amerika və Britaniya döyüş təyyarələri çərşənbə axşamı Yəmənin paytaxtı Səna şəhərində bir neçə bölgəyə hücum edib.