İran Pakistan əsgərlərini daşıyan avtobusa hücumu pisləyib
https://parstoday.ir/azeri/news/iran-i9314-İran_pakistan_əsgərlərini_daşıyan_avtobusa_hücumu_pisləyib
İran Pakistanın Torbat şəhərinin kənarında Pakistan ordusunun əsgərlərini daşıyan avtobusa qarşı törədilən terror aktını pisləyib. Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
(last modified 2025-01-06T06:43:57+00:00 )
Yan 05, 2025 08:37 Asia/Baku
  • İran Pakistan əsgərlərini daşıyan avtobusa hücumu pisləyib

İran Pakistanın Torbat şəhərinin kənarında Pakistan ordusunun əsgərlərini daşıyan avtobusa qarşı törədilən terror aktını pisləyib. Bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai həmçinin terrorizmin qarşısının alınması və ona qarşı mübarizənin gücləndirilməsinə təkid edib.

Qeyd edək ki, Şənbə günü Pakistanın Torbat şəhərinin kənarında bomba partladılıb, ölkə polisinin məlumatına görə, 4 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.

Bu hadisədə bir minik avtomobili və bir təhlükəsizlik qüvvələrinin avtomobili hədəfə alınıb və partlayış qurbanları arasında bir neçə əsgərin də olduğu bildirilir.

Hələlik heç bir qrup Pakistanın Torbet şəhərində baş verən partlayışa görə məsuliyyəti üzərinə götürməyib.