BRİKS Gənclər Şurası İrana səfər edəcək
https://parstoday.ir/azeri/news/iran-i9328-brİks_gənclər_Şurası_İrana_səfər_edəcək
 BRİKS Gənclər Şurasının üzvü bu beynəlxalq təşkilatın nümayəndə heyətinin iranlı gəncləri bu təşkilatın dəyər və məqsədləri ilə tanış etmək üçün İrana səfər edəcəyini açıqlayıb.
(last modified 2025-01-06T03:40:08+00:00 )
Yan 05, 2025 15:38 Asia/Baku
  • BRİKS Gənclər Şurası İrana səfər edəcək

 BRİKS Gənclər Şurasının üzvü bu beynəlxalq təşkilatın nümayəndə heyətinin iranlı gəncləri bu təşkilatın dəyər və məqsədləri ilə tanış etmək üçün İrana səfər edəcəyini açıqlayıb.

 

Diana Kovala TASS xəbər agentliyinə açıqlamasında bildirib: “BRİKS-in Kazandakı son bəyanatından sonra təlim məqsədi ilə üzv ölkələrə səfər etməliyik.”

 

“Rusiya İran, BƏƏ və Misir də daxil olmaqla BRİKS ölkələrinə təlim səfəri təşkil edir” - deyə, o, bəyan edib.

 

Bu beynəlxalq təşkilatın gənclərin təhsil üzrə direktoru bu qrupun Hindistana təlim səfərinin uğurlu olduğunu bildirərək əlavə edib: “Üzv ölkələrin gənclərini BRİKS-in prinsipləri və dəyərləri ilə tanış etmək səfərin məqsədlərindən biridir.”