İranlı qadın dünyanın on ən yaxşı məşqçisi siyahısında
(last modified Tue, 07 Jan 2025 17:11:33 GMT )
Yan 07, 2025 21:11 Asia/Baku
  • İranlı qadın dünyanın on ən yaxşı məşqçisi siyahısında

İranın qadınlardan ibarət «Saypa» futzal klubunun baş məşqçisinin adı dünyanın on ən yaxşı məşqçisi siyahısında yer alıb.

 

  «Futsal Planet» saytı iki min iyirmi dördüncü ildə klub komandalarının on ən yaxşı məşqçisinin adını yayıb. İranın qadınlardan ibarət milli futzal komandasının keçmiş məşqçisi, hazırda isə qadınlardan ibarət «Saypa» futzal klubunun baş məşqçisi olan Fatimə Şərifin adı, həmin siyahıda nəzərə çarpır.

Sözügedən sayt hər il futzal üzrə ən yaxşıları müəyyən edir.