General Səlami: Bizim prioritetimiz diplomatiyadır, lakin istənilən miqyasda müharibəyə hazırıq
https://parstoday.ir/azeri/news/iran-i10982-general_səlami_bizim_prioritetimiz_diplomatiyadır_lakin_istənilən_miqyasda_müharibəyə_hazırıq
 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Nüvə məsələsində bizim prioritetimiz diplomatiya yolu və məsələnin ədalətli və təhdid atmosferindən uzaq həllidir, bununla belə, biz istənilən miqyasda istənilən müharibəyə hazırıq.”
(last modified 2025-05-10T10:10:52+00:00 )
May 08, 2025 20:18 Asia/Baku
  • General Səlami: Bizim prioritetimiz diplomatiyadır, lakin istənilən miqyasda müharibəyə hazırıq

 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Nüvə məsələsində bizim prioritetimiz diplomatiya yolu və məsələnin ədalətli və təhdid atmosferindən uzaq həllidir, bununla belə, biz istənilən miqyasda istənilən müharibəyə hazırıq.”

 

General-mayor Hüseyn Səlami cümə axşamı İmam Rza (ə) Hərəminin İmam Xomeyni (r) eyvanında xidmət şəhidlərinin anım mərasimində əlavə edib: “Amerikalılar bilməlidirlər ki, təhdid etsələr, biz istənilən miqyasda müharibəyə hazırıq.”

 

"Amerikalılar yeni təhdidlər və sanksiyalarla özlərinin vəfasız və etibarsız olduqlarını göstərdilər" - deyə, o, qeyd edib.

 

SEPAH-ın baş komandanı bildirib: “Onlar bilməlidirlər ki, İran İslam Respublikası könüllü olaraq və öz siyasi iradəsi ilə nüvə silahına can atmır və onu müdafiə doktrinasından çıxarıb.”

 

Həyati maraqlarımızdan əl çəkməyəcəyimizi bildirən baş komandan deyib: “Cinayətkar sionist rejimin baş nazirinin eyhamları amerikalı məmurların beynində işləyir və onları sonsuz müharibəyə sürükləyir.”

 

General-mayor Səlami qeyd edib ki, amerikalılar başqa ölkələrə müdaxilələrindən acı təcrübələr keçiriblər və ağıllı olmalıdırlar, sionist rejimin cinayətkar baş nazirinin sözlərinə aldanmamalı və müdrik hərəkət etməlidirlər.

 

SEPAH-ın baş komandanı vurğulayıb: “Düşmənlərimizə ciddi xəbərdarlıq edirik: əgər səhvə yol versəniz, cəhənnəmin qapılarını üzünüzə açacağıq.”

 

“Düşmənlərə deyirik ki, sizin üçün geniş hazırlıq görmüşük. Səhv etsəniz, başınıza elə fəlakət gətirəcəyik ki, Doğru Vəd-1 və Doğru Vəd-2-ni tamamilə unudacaqsınız” - deyə, o, xəbərdarlıq edib.

 

General Səlami əlavə edib: “Biz işğalçı sionist rejim səlahiyyətlilərinə deyirik: “Yəmənin qəhrəman Ənsarullahının sizin hava limanınıza dəyən bir raketinə dözə bilmirsinizsə, yüzlərlə, minlərlə raketlərə necə dözəcəksiniz? Odur ki, yerinizdə oturun.”