Xuzistanda casus şəbəkəsi zərərsizləşdirilib
Yan 11, 2025 09:29 Asia/Baku
Fars körfəzi ölkələrindən birinin kəşfiyyat xidməti ilə əlaqəli olan və əyalətin həssas mərkəzlərindən məlumat toplayan casus şəbəkəsinin agentləri Xuzistan İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının İmam Zamanın (ə) anonim əsgərlərinin gecə-gündüz səyləri ilə həbs olunaraq ədliyyə orqanlarına təhvil verildi.
Xuzistandakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr şöbəsi korpusun kəşfiyyat təşkilatındakı İmam Zamanın (ə) anonim əsgərlərinin gecə-gündüz səyləri ilə xarici kəşfiyyat xidməti ilə əlaqəli olan qrupun məhv edildiyini bildirib.
Teqlər