Müdafiə naziri: Ordunun səmanı fəth etmək qabiliyyəti var - Təəccübləndirəcək texnikalarımız var
https://parstoday.ir/azeri/news/iran-i9448-müdafiə_naziri_ordunun_səmanı_fəth_etmək_qabiliyyəti_var_təəccübləndirəcək_texnikalarımız_var
Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri PUA-larda süni intellektdən istifadəni vurğulayaraq deyib: Ordu zərurət yarandıqda səmanı fəth edə və düşmənə ölümcül zərbələr endirə bilər.
(last modified 2025-01-15T06:29:40+00:00 )
Yan 13, 2025 12:12 Asia/Baku
  • Müdafiə naziri: Ordunun səmanı fəth etmək qabiliyyəti var - Təəccübləndirəcək texnikalarımız var

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri PUA-larda süni intellektdən istifadəni vurğulayaraq deyib: Ordu zərurət yarandıqda səmanı fəth edə və düşmənə ölümcül zərbələr endirə bilər.

 

Briqada generalı Əziz Nəsirzadə bazar ertəsi 1000 PUA-nın ordunun sərəncamına verilməsi mərasimində Əmirul-möminin İmam Əlinin (əleyhis-salam) mövludu münasibəti ilə təbrik edərək deyib: Müdafiə sənayesi ilə İran İslam Respublikası Ordusu arasında çox təsirli və yaxşı bir ittifaq və sinerji yaradılıb və 1000 strateji PUA-nın ordunun sərəncamına verilməsi, bu koordinasiyanın nəticəsidir.

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri bildirib: Müdafiə və konsolidasiya missiyalarında istifadə edilən PUA-lar dənizdə eniş və enmə qabiliyyətinə malik PUA-lar və ya kəşfiyyatda istifadə olunan və quru qoşunlarının əməliyyatlarına kömək edən PUA-lardır. Bu gün sərəncama verilən PUA-lar da İran İslam Respublikası ordusunda ehtiyac anında səmanı fəth edə və düşmənə ölümcül zərbələr endirə biləcək potensialın yaranmasına səbəb olub.