Hazırda Avropadan başqa heç bir danışıqlarımız yoxdur
https://parstoday.ir/azeri/news/iran-i9466-hazırda_avropadan_başqa_heç_bir_danışıqlarımız_yoxdur
 Ölkəmizin xarici işlər naziri jurnalistlərə açıqlamasında deyib: Bizim avropalılarla danışıqlardan başqa heç bir danışıqlarımız yoxdur.
(last modified 2025-01-16T06:02:13+00:00 )
Yan 15, 2025 10:32 Asia/Baku
  • Hazırda Avropadan başqa heç bir danışıqlarımız yoxdur

 Ölkəmizin xarici işlər naziri jurnalistlərə açıqlamasında deyib: Bizim avropalılarla danışıqlardan başqa heç bir danışıqlarımız yoxdur.

 

ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün səhər hökumət nümayəndə heyətinin iclası çərçivəsində və jurnalistlər qarşısında açıqlamasında Amerika Birləşmiş Ştatları ilə danışıqların olub-olmaması sualına cavab olaraq bildirib: Biz avropalılarla nüvə danışıqları aparmışıq və bunun xaricində hazırda başqa danışıqlarımız yoxdur.

14 yanvar 2025-ci il çərşənbə axşamı xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi X sosial şəbəkəsində öz istifadəçi hesabında İran və Avropa arasında Cenevrədəki üçüncü raund danışıqlarının prosesi haqqında yazıb: Mən və Dr. Məcid Təxtrəvançi Cenevrədə Enrique Mora və onun komandası ilə açıq və konstruktiv müzakirələr apardıq. Biz əsasən sanksiyaların ləğvi və nüvə problemi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq. İsrail rejiminin Qəzzada törətdiyi cinayətlərə Avropanın qəbuledilməz dəstəyinə də toxunduq.