Pezeşkiyan: İran və Rusiya arasında əməkdaşlıq qazanc-qazanc əsasındadır
https://parstoday.ir/azeri/news/iran-i9500-pezeşkiyan_İran_və_rusiya_arasında_əməkdaşlıq_qazanc_qazanc_əsasındadır
İran İslam Respublikası prezidenti deyib: İran-Rusiya əməkdaşlığı qazanc-qazanc əsasındadır və regionun sülh və təhlükəsizliyini pozmağa çalışan düşmənləri məyus edə bilər.
(last modified 2025-01-19T08:29:18+00:00 )
Yan 18, 2025 08:47 Asia/Baku
  • Pezeşkiyan: İran və Rusiya arasında əməkdaşlıq qazanc-qazanc əsasındadır

İran İslam Respublikası prezidenti deyib: İran-Rusiya əməkdaşlığı qazanc-qazanc əsasındadır və regionun sülh və təhlükəsizliyini pozmağa çalışan düşmənləri məyus edə bilər.

 

Doktor Məsud Pezeşkiyan Moskvaya son rəsmi səfəri çərçivəsində bir qrup rusiyalı iqtisadi fəal ilə görüşdə əlavə edib: İran və Rusiya arasında müştərək hərtərəfli strateji sazişin imzalanması İran və Rusiya üçün fəaliyyətləri lazımi şəkildə izləyə biləcəkləri yol xəritəsini müəyyən etdi.

Prezident vurğuladı: İki hökumətin iradəsi qarşılıqlı  əlaqələri gücləndirməkdir ki, bunun mühüm səbəblərindən biri də hər iki tərəfin regionda, o cümlədən yol və nəqliyyat sahəsində çox mühüm coğrafi xüsusiyyətlərə malik qonşu olmasıdır.

O, İran və Rusiyanın beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizində əməkdaşlığına toxunaraq əlavə edib: Biz nəqliyyat dəhlizləri və infrastruktur sahəsində kommunikasiyalarımızı tamamlamaq əzmindəyik.