Fələstinli qruplar İrana minnətdarlığını bildirib - Fələstinlilərin milli birliyinin qorunması vurğulanıb
https://parstoday.ir/azeri/news/iran-i9516-fələstinli_qruplar_İrana_minnətdarlığını_bildirib_fələstinlilərin_milli_birliyinin_qorunması_vurğulanıb
 Fələstinli qruplar və partiyalar Fələstin xalqını dəstəkləyən, xüsusilə İran, Livan, Yəmən və İraq cəbhələrinə minnətdarlıqlarını ifadə edərək, Fələstinin milli birliyinin qorunmasının və son Pekin razılaşması əsasında Fələstin konsensus hökumətinin yaradılmasının vacibliyini vurğulayıblar.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Yan 19, 2025 06:45 Asia/Baku
  • Fələstinli qruplar İrana minnətdarlığını bildirib - Fələstinlilərin milli birliyinin qorunması vurğulanıb

 Fələstinli qruplar və partiyalar Fələstin xalqını dəstəkləyən, xüsusilə İran, Livan, Yəmən və İraq cəbhələrinə minnətdarlıqlarını ifadə edərək, Fələstinin milli birliyinin qorunmasının və son Pekin razılaşması əsasında Fələstin konsensus hökumətinin yaradılmasının vacibliyini vurğulayıblar.

 

İslami Müqavimət Hərəkatının (HƏMAS) dəvəti ilə fələstinli qruplar və partiyalar Qətərin paytaxtı Dohada işğalçı İsrail rejimi ilə atəşkəs razılaşmasının icrası və əsirlərin mübadiləsini nəzərdən keçirmək üçün toplantı keçirib.HƏMAS siyasi şurasının rəhbəri Əl-Əqsa tufanı və sionist rejimin məzlum Qəzzə xalqına qarşı soyqırım müharibəsini Fələstin məsələsində əsas dönüş nöqtəsi hesab edib və əlavə edib: Əl-Əqsa tufanı və sionist rejimin Fələstin xalqına qarşı soyqırım müharibəsi bizi Fələstin məsələsini təhdid edən təhlükələrlə mübarizə aparmaq üçün birləşməyə sövq etməlidir və bu görüş Fələstinin milli birliyi haqqında hərtərəfli mesajdır.İştirakçılar sionist rejimin Qəzzə xalqına qarşı təcavüzü ilə cəsarətlə mübarizə aparmış Fələstin müqavimət qruplarının bütün hərbi qollarını yüksək qiymətləndiriblər.Fələstinli qruplar İrana minnətdarlığını bildirib - Fələstinlilərin milli birliyinin qorunması vurğulanıbOnlar həmçinin İran, Livan, Yəmən və İraq başda olmaqla Fələstin xalqını dəstəkləyən bütün müqavimət cəbhələrinə, Qəzzə xalqına hər cür dəstək və yardım edən ərəb və İslam ölkələrinin bütün xalqlarına və dünyanın azad xalqlarına təşəkkür ediblər.