-
İran və Türkiyə Xarici İşlər Nazirləri arasında telefon danışığı olub
Apr 15, 2025 16:39İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlərdəki son durum, regional məsələlər və Maskatda İranın ABŞ ilə dolayı danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Qarşı tərəfə bədbin öz bacarığımıza nikbinik
Apr 15, 2025 15:37Ali Məqamlı Rəhbər: Oman danışıqlarında qarşı tərəfə çox bədbin, öz qabiliyyətlərimizə isə nikbinik.
-
Vitkof: İranla ilkin danışıqlar ümidverici idi.
Apr 15, 2025 11:27Trampın Əraqçi ilə danışıqlar üzrə nümayəndəsi: İran tərəfi ilə keçirdiyimiz ilk görüş ümumilikdə müsbət və ümidverici keçdi. Hazırda bu məsələ üzərində düşünürük ki, vəziyyəti dialoq və diplomatik vasitələrlə həll etmək mümkündürmü. İranla razılaşma üçün əsas şərt, nüvə proqramının şəffaflığı və yoxlanmasıdır.
-
Bəqai: İran-ABŞ danışıqlarının ikinci raundu Maskatda olacaq
Apr 15, 2025 11:26Bəqai: Məsləhətləşmələrdən sonra qərara alındı ki, Maskat şənbə günü keçiriləcək danışıqların ikinci mərhələsinə ev sahibliyi etməyə davam etsin, - deyə o vurğulayıb. Daha əvvəl Niderland xarici işlər naziri Kaspar Veldkamp danışıqların İtaliyada keçiriləcəyini bildirmişdi.
-
Qrossi: Həftə sonu Tehrana gedirəm
Apr 14, 2025 15:55Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın MAQATE-dəki səfiri Rza Nəcəfinin etimadnaməsini qəbul etdiyinə işarə edərək, həftə sonu Tehrana səfər edəcəyini bildirib.
-
Rusiya Əraqçinin Moskvaya səfəri ilə bağlı: İranlı həmkarlarımızı gözləyirik
Apr 14, 2025 12:24Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın Xarici İşlər naziri Abbas Əraqçinin Moskvaya səfərinin planlaşdırıldığını təsdiq edərək deyib: “Biz iranlı həmkarlarımızı gözləyirik.”
-
İran İsrailin Qəzzada Əl-Mömədani xəstəxanasına hücumunu kəskin şəkildə pisləyib
Apr 13, 2025 22:05Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin Əl-Mömədani xəstəxanasına hücumunu və Qəzzada davam edən soyqırımı şiddətlə pisləyib.
-
Qahirə İran və ABŞ arasındakı dolayı danışıqları alqışlayır
Apr 13, 2025 21:03Misirin xarici işlər naziri ölkəmizin xarici işlər naziri ilə söhbətində İran və ABŞ arasında aparılan danışıqları alqışlayıb və bu danışıqların arzu olunan nəticələrə çatacağına ümid etdiyini bildirib.
-
Qüds Qüvvələrinin koordinatorunun müavini: Düşmənlər hər hansı təhdid anında İranın sarsıdıcı cavabı ilə qarşılaşacaqlar
Apr 13, 2025 18:36Qüds Qüvvələrinin koordinatorunun müavini İran İslam Respublikasının çəkindirici gücü barədə deyib: “Düşmənlərimiz bilirlər ki, hər hansı bir təhdid və ya təcavüz olarsa, İslam Respublikasının sarsıdıcı və əzici cavabı ilə qarşılaşacaqlar.”
-
İran xarici işlər nazirinin müavini: BMT Qəzzada soyqırımı dayandırmaq üçün öz imkanlarından istifadə etməlidir
Apr 13, 2025 10:48Ölkəmizin xarici işlər nazirinin müavini BMT baş katibinin siyasi məsələlər üzrə müavinini təsir göstərmək və Qəzzə və İordan çayının qərb sahilində davam edən soyqırımı dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının və bu təşkilatın baş katibinin bütün imkanlarından istifadə etməyə çağırıb.