-
Ulyanov: Omanda ABŞ-İran danışıqlarının nəticələri ümidvericidir
Apr 13, 2025 10:43Omanda İran və ABŞ arasında dolayı danışıqların yekunlaşmasından sonra Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi bu danışıqların nəticələrinin ümidverici olduğunu açıqlayıb.
-
Arif: İran İslam Respublikasının danışıqlarda mövqeyi tamamilə aydındır - Biz dialoqa açığıq
Apr 12, 2025 18:15Birinci vitse-prezident İran və ABŞ arasında dolayısı danışıqlar barədə İran İslam Respublikasının danışıqlar və dialoqa açıq olduğunu bəyan edərək deyib: “İran İslam Respublikasının danışıqlardakı strategiyası və mövqeləri tamamilə aydın və konkretdir, biz danışıqlarda ölkənin və onun sevimli xalqının mübahisəsiz hüquqlarının ardıncayıq.”
-
Bəqayi: Almaniyanın İranla bağlı mövqeyi müdaxiləçi və ikiüzlüdür
Apr 12, 2025 17:51İran İR XİN sözçüsü Almaniya Xarici İşlər Nazirliyinin İranla bağlı son mövqeyini kəskin şəkildə pisləyib və bunu müdaxiləçi və ikiüzlü adlandırıb.
-
Əraqçi: İran və ABŞ arasında dolayı dialoq konstruktiv olub - Şənbə, 19 aprel danışıqların ikinci raundu
Apr 12, 2025 17:33Xarici İşlər naziri ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə dolayısı danışıqlarının təfərrüatlarını açıqlayaraq deyib: “Təxminən iki saat yarım dolayı söhbətimiz oldu. İki nümayəndə heyəti arasında gedib-gələn Omanın Xarici İşlər naziri cənab Busaidinin səyləri ilə təxminən dörd gediş-gəliş həyata keçirildi.”
-
BMT: Oman danışıqlarının nəticəsinin müsbət olacağına ümid edirik
Apr 12, 2025 10:15BMT-nin sözçüsü Stefan Düjarrik Omanda İran və ABŞ arasında keçiriləcək dolayı danışıqlar ərəfəsində bu danışıqların uğurlu olacağına ümid etdiyini bildirib.
-
Əraqçi: Məqsədimiz bərabər mövqedən şərəfli razılığa gəlməkdir - İradələri ölçmək imkanı
Apr 12, 2025 10:07Xarici işlər naziri ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə dolayı danışıqların başlaması ərəfəsində bildirib ki, qarşı tərəfin kifayət qədər iradəsi olarsa, biz danışıqların qrafikinə qərar verəcəyik və əlavə edib: Bizim niyyətimiz bərabər mövqedən ədalətli və şərəfli razılaşma əldə etməkdir.
-
İran və Oman xarici işlər nazirləri görüşüb, Tehranın mövqeləri və danışıqlar mövzusu təqdim edilib
Apr 12, 2025 10:06Xarici işlər naziri omanlı həmkarı ilə "ABŞ ilə dolayı danışıqların aparılması" üçün tənzimləmələr barədə məsləhətləşib və fikir mübadiləsi aparıb. Bu görüşdə Seyid Bədr Əl-Busaidi xarici işlər nazirinə bugünkü dolayı danışıqlar üçün gözlənilən tənzimləmələr və hazırlıqlar barədə məlumat verib.
-
Maskat danışıqları; Görünüş və qarşıda duran vəzifələr
Apr 12, 2025 10:05Çinin Sinxua Xəbər Agentliyi yazır ki, Oman hər iki tərəflə, Vaşinqton və Tehranla çoxdankı dostluq münasibətlərinə malikdir və böhran zamanlarında dəfələrlə neytral vasitəçi rolunu oynayıb. 2020-ci ilin əvvəlində, İran və ABŞ açıq hərbi qarşıdurma həddinə yaxınlaşdıqda, Oman gizli şəkildə müdaxilə etdi və iki tərəf arasında gizli əlaqəni asanlaşdıraraq gərginliyi azaltmağa kömək etdi.
-
Oman Xarici İşlər nazirinin Maskat danışıqları haqqında açıqlaması
Apr 12, 2025 16:52Omanın Xarici İşlər naziri X sosial şəbəkəsində yazıb: İranın Xarici İşlər naziri, doktor Seyid Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa bu gün Maskatda evsahibliyi etmək mənim üçün iftixardır. Biz ədalətli və icrası vacib bir razılaşma əldə etmək üçün ortaq məqsədlə dialoq və danışıqlar prosesinə başlamaq üçün vasitəçilik etdik.
-
Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Maskata gəlib
Apr 12, 2025 07:04Xarici işlər naziri siyasi nümayəndə heyətinin başçılığı ilə ABŞ-ın xüsusi nümayəndəsi ilə dolayı danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskata gəlib.