Oman Xarici İşlər nazirinin Maskat danışıqları haqqında açıqlaması
https://parstoday.ir/azeri/news/iran-i10680-oman_xarici_İşlər_nazirinin_maskat_danışıqları_haqqında_açıqlaması
Omanın Xarici İşlər naziri X sosial şəbəkəsində yazıb: İranın Xarici İşlər naziri, doktor Seyid Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa bu gün Maskatda evsahibliyi etmək mənim üçün iftixardır. Biz ədalətli və icrası vacib bir razılaşma əldə etmək üçün ortaq məqsədlə dialoq və danışıqlar prosesinə başlamaq üçün vasitəçilik etdik.
(last modified 2025-04-14T08:24:57+00:00 )
Apr 12, 2025 16:52 Asia/Baku
  • Oman Xarici İşlər nazirinin Maskat danışıqları haqqında açıqlaması

Omanın Xarici İşlər naziri X sosial şəbəkəsində yazıb: İranın Xarici İşlər naziri, doktor Seyid Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa bu gün Maskatda evsahibliyi etmək mənim üçün iftixardır. Biz ədalətli və icrası vacib bir razılaşma əldə etmək üçün ortaq məqsədlə dialoq və danışıqlar prosesinə başlamaq üçün vasitəçilik etdik.

 

Bu qarşılıqlı əlaqəyə görə hər iki həmkarıma təşəkkür etmək istərdim. Bu qarşılıqlı əməkdaşlıq perspektivləri yaxınlaşdırmaq və nəticədə regional və qlobal sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün dostluq və uyğun atmosferdə baş tutdu.

 

Biz əməkdaşlığı davam etdirəcəyik və bu məqsədə çatmaq üçün daha çox səy göstərəcəyik.