Ulyanov: Omanda ABŞ-İran danışıqlarının nəticələri ümidvericidir
https://parstoday.ir/azeri/news/iran-i10686-ulyanov_omanda_abŞ_İran_danışıqlarının_nəticələri_ümidvericidir
Omanda İran və ABŞ arasında dolayı danışıqların yekunlaşmasından sonra Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi bu danışıqların nəticələrinin ümidverici olduğunu açıqlayıb.
(last modified 2025-04-13T06:44:51+00:00 )
Apr 13, 2025 10:43 Asia/Baku
  • Ulyanov: Omanda ABŞ-İran danışıqlarının nəticələri ümidvericidir

Omanda İran və ABŞ arasında dolayı danışıqların yekunlaşmasından sonra Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi bu danışıqların nəticələrinin ümidverici olduğunu açıqlayıb.

 

Mixail Ulyanov sosial şəbəkədə yazıb: Omandakı bugünkü görüşün nəticələri ilə bağlı deməliyəm ki, həm iranlılar, həm də amerikalılar danışıqları müsbət və konstruktiv qiymətləndiriblər. Bu ümidvericidir.

İran və ABŞ arasında dolayı danışıqların birinci raundu 12 aprel 2025-ci il şənbə günü Omanın ev sahibliyi ilə Maskatda keçirilib.