-
SEPAH sözçüsü: İsrail 12 günlük müharibədə qəti məğlubiyyətə uğradı
Dek 01, 2025 09:29İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Əli Məhəmməd Nayini İsrailin 12 günlük müharibədə qəti məğlubiyyətə uğradığına diqqət çəkərək dedi: Əgər düşmən hər hansı yeni şər addım atarsa və təcavüz edərsə, daha ciddi cavab alacaq və buna şübhə yoxdur.
-
Fox News: Tramp administrasiyası Maduronu ölkəni tərk etməklə hədələyib
Dek 01, 2025 08:28Fox News xəbər kanalı bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ölkəni tərk etməyə və ya başqa qərarın nəticələrini qəbul etməyə məcbur edəcək şəkildə hədələyib.
-
Qalibaf: Sionist rejim İslam ölkələrinin inkişafına qarşıdır / Fidan: İsrail region üçün təhlükədir
Dek 01, 2025 07:59İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib: sionist rejim və ABŞ İslam ölkələrinin güclənməsi, birliyi, inkişafı və inteqrasiyasına uzun illərdir mane olur və region ölkələrini müxtəlif böhranlarda saxlamağa çalışırlar.
-
Buşehr SEPAH dəniz qüvvələri Fars körfəzində 350 min litr qaçaq yanacaq daşıyan xarici tankeri saxlayıb
Dek 01, 2025 07:58SEPAH-ın Dəniz Qüvvələrinin 2-ci bölgə komandanı, general Heydər Hünərian-Mucərrəd bildirib: Bu qüvvənin tam nəzarəti və operativ məlumatları nəticəsində Fars körfəzində 350 min litr qaçaq yanacaq daşıyan xarici tanker saxlanılıb.
-
Prezident Pezeşkian: İnanırıq ki, ticarət, elm və mədəniyyətin keçdiyi sərhədlərdən terrorizm və silah heç vaxt keçməyəcək
Dek 01, 2025 07:27İran Prezidenti Məsud Pezeşkian Türkiyənin xarici işlər naziri ilə görüşü zamanı İslam dünyasının hazırkı həssas şəraitinə toxunaraq bildirib: Müsəlman xalqlarının ortaq düşmənləri təzyiqləri artırmağa çalışdığı bir dönəmdə İslam ölkələrinin bir-biriləri üçün şəraiti asanlaşdırması və məsələləri daha mürəkkəb vəziyyətə gətirməkdən çəkinməsi gözlənilir.
-
Silahlı Qüvvələrin Baş Qərargahı: Avstraliya hökumətinin SEPAH-a qarşı addımı ABŞ və sionist rejimin məqsədlərinə xidmət edir
Dek 01, 2025 07:24İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı yayımladığı bəyanatda Avstraliya hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı atdığı antiiran addımını sərt şəkildə qınayıb.
-
İranın Çindəki səfiri Milli Təhlükəsizlik Komissiyasına hesabat verib — 25 illik müqavilənin icrasının zəruriliyi vurğulanıb
Dek 01, 2025 07:08İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, İranın Çindəki səfiri Əbdürrza Rəhməni Fəzli komissiya üzvlərinə hesabat təqdim edib. Onun sözlərinə görə, iclasda Tehran–Pekin münasibətlərinin inkişafı və 25 illik əməkdaşlıq sazişinin icrasının vacibliyi xüsusi olaraq qeyd edilib.
-
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Əli Laricani ilə görüşüb
Noy 30, 2025 21:20Bu gün Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İran Ali Təhlükəsizlik Şurasının Katibliyində Əli Laricani ilə görüşərək danışıqlar aparıb.
-
İran ABŞ-nin Venesuela hava məkanının bağlanması ilə bağlı qərarını pislədi
Noy 30, 2025 09:01İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidentinin Venesuela hava məkanının bağlanmasını elan etməsini beynəlxalq hüququn, o cümlədən beynəlxalq hava nəqliyyatını tənzimləyən fundamental qayda və normaların kobud şəkildə pozulması kimi qiymətləndirib və bu addımı pisləyib.
-
BMT baş katibi bir daha İsrailin işğalına son qoyulmasını və Fələstin dövlətinin qurulmasını tələb edib
Noy 30, 2025 08:58BMT-nin baş katibi Antonio Quterreş bir daha Qəzzada atəşkəsə əməl edilməsinin vacibliyini vurğulayaraq, iki dövlətli həllə doğru irəliləmək və müstəqil Fələstin dövlətinin yaradılması üçün İsrailin Fələstin torpaqlarını qeyri-qanuni şəkildə işğalına son qoymasını tələb edib.