-
Qəzzada baş verən faciələr heç bir insan standartları ilə təsəvvür edilə bilməz
İyul 24, 2025 15:30Ayətullah Hüseyn Nuri Həmədani Roma Papası XIV Leoya ünvanladığı məktubda yazıb: Bu gün Qəzzada baş verənləri heç bir dini, insani və əxlaqi meyarlarla təsəvvür etmək mümkün deyil; hər gün onlarla uşaq qıtlığın və aclığın qurbanı olur; Əgər bu gün ilahi peyğəmbərlər olsaydılar, onlar Qəzzada baş verən hadisələri sadəcə olaraq müşahidə edərdilərmi?
-
Ayətullah Amuli Laricani: BHFP-nın hazırkı vəziyyətində tətik mexanizminin heç bir hüquqi əsası yoxdur
İyul 24, 2025 13:08Məsləhət Şurasının rəhbəri, tətik mexanizminin zorakılığın yeni bir forması olduğunu və İslam Respublikasının bu zorakılıqla mübarizə apardığını bildirərək dedi: Birgə Hərtərəfli Fəaliyyət Planının hazırkı vəziyyətində tətik mexanizminin heç bir hüquqi əsası yoxdur, çünki ABŞ BHFP-dən çıxıb və avropalılar da öz öhdəliklərini yerinə yetirmədilər və buna görə də İranın BHFP-dəki öhdəlikləri nəzərə alına bilməz.
-
Üç günlük intensiv məsləhətləşmələrdən sonra; Qəribabadi: Biz həmişə Rusiya və Çinlə koordinasiyadayıq
İyul 24, 2025 12:27Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq işlər nazirinin müavini Kazım Qəribabadi BMT-də dünyanın müxtəlif ölkələrinin nümayəndələri ilə üç günlük intensiv məsləhətləşmələrdən və Təhlükəsizlik Şurasının iki iclasında iştirakdan sonra deyib: İran, Rusiya və Çin “həmişə İranla bağlı ən mühüm beynəlxalq məsələlər və forumlarda öz mövqelərini əlaqələndirirlər”.
-
ABŞ Ədliyyə Nazirliyi Epstein işi ilə bağlı Trampı məlumatlandırıb
İyul 24, 2025 08:59Bir ABŞ qəzeti yazıb ki, ABŞ-ın baş prokuroru Pam Bondi may ayında prezident Donald Trampa onun adının korrupsiyaya uğramış maliyyəçi və seksual cinayətkar Ceffri Epstein işində olduğunu deyib.
-
İsrail rejiminin parlamenti İordan çayının qərb sahili üzərində suverenlik planını qəbul etdi
İyul 24, 2025 02:52İsrail rejiminin parlamenti – Knesset – bu gün (çərşənbə günü) keçirilən iclasında İordan çayının qərb sahili və İordan vadisi üzərində bu rejimin suverenliyini tanıyan qanun layihəsinin ilkin versiyasını qəbul edib. Bu addım, həmin bölgələrin İsrailə birbaşa ilhaq olunmasının zəminini hazırlayan siyasi gediş kimi dəyərləndirilir.
-
İsrail rejiminin parlamenti İordan çayının qərb sahili üzərində suverenlik planını qəbul etdi
İyul 23, 2025 21:34İsrail rejiminin parlamenti – Knesset – bu gün (çərşənbə günü) keçirilən iclasında İordan çayının qərb sahili və İordan vadisi üzərində bu rejimin suverenliyini tanıyan qanun layihəsinin ilkin versiyasını qəbul edib. Bu addım, həmin bölgələrin İsrailə birbaşa ilhaq olunmasının zəminini hazırlayan siyasi gediş kimi dəyərləndirilir.
-
Ənsarullah: İsrailin cinayətləri qarşısında susmaq Qəzzədə soyqırıma şərik olmaq deməkdir
İyul 23, 2025 19:50Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu yaydığı bəyanatda Qəzza zolağındakı vəziyyətlə bağlı ərəb ölkələrini və beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb. Bəyanatda bildirilib ki, sionist rejimin cinayətləri qarşısında səssizlik Qəzzə xalqına qarşı törədilən soyqırımda iştirakla bərabərdir.
-
Bütün ssenarilərə hazır olmalıyıq
İyul 23, 2025 17:47İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi deyib: "Bu gün ölkəyə yenidən baş verə biləcək təkrarlanan Aşura kimi baxmalıyıq. Ona görə də, özümüzü hər bir vəziyyətə hazırlamalıyıq".
-
İran və Rusiya xilasetmə qrupları tərəfindən yanğınsöndürmə əməliyyatları həyata keçirilib
İyul 23, 2025 14:04Xəzər Dənizi Hibrid Yardım və Xilasetmə Təlimi 2025 (CASAREX2025) sözçüsü deyib: İran İslam Respublikası və Rusiya Federasiyasının su və hava bölmələri bu təlimin davamında Xəzər dənizində yanğınsöndürmə əməliyyatları həyata keçirib.
-
Pezeşkian: İranın nüvə proqramının dayandırılması ilə bağlı söhbətlər illüziyadır - Danışıqlar qazan-qazan prinsipinə əsaslanmalıdır
İyul 23, 2025 14:03İran İslam Respublikasının prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində sionist rejimlə qarşıdurmaya hazır olduqlarını vurğulayaraq, ölkəmizin nüvə proqramına son qoyulması ilə bağlı söhbətləri illüziya və fantaziya kimi qiymətləndirib.