-
Ərzaq sıralarında mindən çox günahsız insanın öldürülməsi sionist rejimin qəddarlığının zirvəsidir
İyul 23, 2025 14:01İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi ilə bağlı bəyanat verərək vurğuladı: Mindən çox günahsız insanın qida yardımı alma sıralarında qətlə yetirilməsi və 600-dən çox insanın aclıq üzündən həyatını itirməsi sionist rejimin müharibə cinayətlərinin və açıq-aşkar soyqırım törətməsinin nümunələridir.
-
Əl-Əzhər şeyxi Qəzzə sakinlərinin xilas edilməsi üçün təcili tədbir görülməsini tələb edib
İyul 23, 2025 13:59Əl-Əzhər şeyxi dünya ictimaiyyətini Qəzzə zolağında aclıqdan ölüm təhlükəsi ilə üzləşən insanların həyatını xilas etmək üçün dərhal hərəkətə keçməyi tələb edib.
-
Qəribabadi BMT Baş katibinin müavini ilə 2231 saylı qətnamə ilə bağlı məsələləri müzakirə etdi
İyul 23, 2025 09:00İranın Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi və BMT Baş katibinin müavini, sionist rejimin və ABŞ-nin İran İslam Respublikasına qarşı təcavüzü, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və onun icrası, o cümlədən bu qətnamədə nəzərdə tutulan mexanizmlərin qorunması və onun siyasi sui-istifadədən qorunmasında BMT Katibliyinin rolu barədə fikir mübadiləsi aparıblar.
-
SEPAH Hava və Kosmos Qüvvələri Komandanı: Özümüzü hər bir şəraitə hazırlamalıyıq
İyul 23, 2025 07:02İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmos Qüvvələri komandanı general-mayor Seyid Məcid Musəvi bildirib ki, bu gün ölkə daim təkrarlanan “Aşura” kimidir və buna görə də xalq hər cür vəziyyətə hazır olmalıdır.
-
Qəribabadi: Tətik mexanizmini aktivləşdirmək cəhdi sui-istifadə və qeyri-qanunidir
İyul 22, 2025 19:47İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib ki, İrana qarşı edilən hücum BMT Nizamnaməsi üçün tarixi bir sınaqdır və belə bir şəraitdə Avropa üçlüyünün (Fransa, Almaniya, Britaniya) tətik mexanizmini işə salmağa çalışması həm sui-istifadə, həm də qeyri-qanuni bir addımdır.
-
İsrail Qəzzənin şimalında ərzaq gözləyən mülki şəxslərə hücumu edib - 22 nəfər şəhid olub
İyul 22, 2025 17:44Sionist rejimin ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının şimalında humanitar yardım almaq üçün toplaşmış mülki şəxslərə birbaşa hücum edib. Hücum nəticəsində azı 22 nəfər şəhid olub, təxminən 120 nəfər isə yaralanıb.
-
HƏMAS: Ərəb və İslam ölkələri sionist rejimlə bütün əlaqələrini kəsməlidir
İyul 22, 2025 16:45HƏMAS hərəkatı bəyanat yayaraq, İsrail rejiminin Qəzza xalqını aclıqla öldürmək siyasətinin davam etdiyini vurğulayıb və bütün ərəb və islam ölkələrindən bu rejimlə diplomatik, siyasi və iqtisadi əlaqələri dərhal dayandırmağı tələb edib.
-
ABŞ rəsmi şəkildə “YUNESKO”dan çıxdı
İyul 22, 2025 15:42ABŞ Dövlət Departamenti bu gün rəsmi açıqlama verərək, ölkənin BMT-nin Mədəniyyət və Təhsil Təşkilatı – YUNESKO-dan çıxdığını elan edib. Bu addım, Vaşinqtonun sionist rejimin təcavüzkar müharibələrini və cinayətlərini bütün vasitələrlə dəstəkləməsinin davamı kimi qiymətləndirilir.
-
Maariv: İsrail ordusunda şəxsi heyət çatışmazlığı 10 min nəfərə çatdı
İyul 22, 2025 15:39İsrail ordusunda insan resurslarının çatışmazlığı 10 min nəfərə çatıb. Bu rəqəm ilk dəfə rəsmi şəkildə sionist rejim ordusu tərəfindən elan edilib. "Maariv" qəzeti bu vəziyyəti "yorulma və tükənmə böhranı" adlandırıb. Bu çatışmazlıq ordu heyətinin təxminən 7.5 faizini təşkil edir.
-
Çinin ABŞ-ın İran neftinin satışına dair iddiasına reaksiyası
İyul 22, 2025 12:38Çin Xarici İşlər Nazirliyinin sözçüsü, ABŞ maliyyə nazirinin “iki ölkə arasında tariflərlə bağlı yeni danışıqlar Pekinin Tehrandan və Moskvadan neft alışını da əhatə edə bilər” iddiasına dolayı yolla cavab verərək bu yanaşmanı rədd edərək vurğulayıb: Çinin tariflərlə bağlı mövqeyi daim şəffaf və sabit olub.