Çinin ABŞ-ın İran neftinin satışına dair iddiasına reaksiyası
https://parstoday.ir/azeri/news/iran-i12018-Çinin_abŞ_ın_İran_neftinin_satışına_dair_iddiasına_reaksiyası
Çin Xarici İşlər Nazirliyinin sözçüsü, ABŞ maliyyə nazirinin “iki ölkə arasında tariflərlə bağlı yeni danışıqlar Pekinin Tehrandan və Moskvadan neft alışını da əhatə edə bilər” iddiasına dolayı yolla cavab verərək bu yanaşmanı rədd edərək vurğulayıb: Çinin tariflərlə bağlı mövqeyi daim şəffaf və sabit olub.
(last modified 2025-07-23T13:09:37+00:00 )
İyul 22, 2025 16:08 Asia/Baku
  • Çinin ABŞ-ın İran neftinin satışına dair iddiasına reaksiyası

Çin Xarici İşlər Nazirliyinin sözçüsü, ABŞ maliyyə nazirinin “iki ölkə arasında tariflərlə bağlı yeni danışıqlar Pekinin Tehrandan və Moskvadan neft alışını da əhatə edə bilər” iddiasına dolayı yolla cavab verərək bu yanaşmanı rədd edərək vurğulayıb: Çinin tariflərlə bağlı mövqeyi daim şəffaf və sabit olub.

 

Çin XİN sözçüsü ümid etdiyini bildirib ki, iki ölkə prezidentləri arasında son telefon danışığında əldə edilən mühüm razılaşmaların icrası istiqamətində ABŞ Çinlə əməkdaşlıq edəcək.