COVID-19-un yeni ştamı Türkiyəyə də gəlib çıxdı - 9 nəfər yoluxdu
Sen 15, 2023 13:08 Asia/Baku
Koronavirusun yeni variantı Türkiyə də aşkarlanıb.
Koronavirusun yeni variantı olan Eris ştamı Türkiyə ərazisində də aşkarlanıb.
TRT-yə istinadən x, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, vilayətlərdən birində 9 yoluxma qeydə alınıb ki, bunların da hamısı xarici ölkələrlə əlaqəli hallardır.
"Narahatlığa səbəb olmayacaq faktdır. Yaşlıları və xroniki xəstələrimizi qoruyacağıq", - nazir deyib.