Ərdoğan Qarabağla bağlı dördtərəfli görüş keçirməyi təklif edib
https://parstoday.ir/azeri/news/west_asia-i2170-Ərdoğan_qarabağla_bağlı_dördtərəfli_görüş_keçirməyi_təklif_edib
Türkiyə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib.
(last modified 2023-09-18T09:34:32+00:00 )
Sen 17, 2023 08:49 Asia/Baku
  • Ərdoğan Qarabağla bağlı dördtərəfli görüş keçirməyi təklif edib

Türkiyə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistana Qarabağ məsələsi ilə bağlı liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif etdiyini açıqlayıb.

“Armenpress”in məlumatına görə, bu barədə TASS agentliyi xəbər verir ki, Ərdoğan bu barədə BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik", - Ərdoğan vurğulayıb.