Dek 05, 2023 12:41 Asia/Baku
  • Sionist rejimin Həmas-ın tunellərilə mübarizə planı ifşa olunub

Amerikada çıxan «Uol Strit Cournal» qəzeti çərşənbə axşamı günü səhər saatlarında sionist rejimin Həmas-ın tunellərilə mübarizə planını ifşa edib.

 

«Uol Strit Cournal» amerikalı rəsmilərə istinadla yazıbdır ki, İsrail rejimi Həmas-ın Qəzzə zolağındakı tunellər şəbəkəsini dəniz suyu ilə doldurmaq üçün iri nasoslardan ibarət sistem hazırlayıb.

Bu nəşr sonra yazıb: Həmas üzvlərini çölə çıxarmaq üçün Qəzzə zolağındakı tunelləri dəniz suyu ilə doldurmaq, su ehtiyatlarını təhdid edəcək.

Oktyabrın iyirmi beşində də amerikalı araşdırıcı müxbir Seymur Xerş «Substack» platformasındakı qeydində bu məsələni qaldırmış və yazmışdı ki, İsrail rejimi quru hücumundan öncə Həmas-ın yeraltı tunellərinə su buraxmağı planlaşdırır.

Teqlər