Xanım Məsumənin vəfati
(last modified Mon, 14 Oct 2024 06:20:07 GMT )
Okt 14, 2024 10:20 Asia/Baku
  • Xanım Məsumənin  vəfati

Aran Radiosi bütün dünya müsəlmanlarına xanım Fatimeye Məsumənin vəfati münasibəti ilə başsağlığı verir.

 

Allah bizləri Peyğəmbər və onun pak Əhli-Beyti (ə) ilə məşhur etsin.Xanım Məsumənin həyatıO həzrətin adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cəfər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ə)-dır. Beləliklə də həzrət Məsumə (ə) və imam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar. O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ə) onu öz himayəsi altına alaraq saxlamışdır. Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra imam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ə)-ı görmək şövqündə olan həzrət Məsumə (ə) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi. Həzrət Məsumə (ə) da böyük bibisi həzrət Zeynəb (ə) kimi qardaşı imam Rza (ə)-ın məzlumiyyəti və qürbətini mömin və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi. Karvan "Savə" şəhərinə çatdıqda, hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Məsumə (ə) isə zəhərləndi. Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdüO həzrət soruşdu: Bu "Savə" şəhərindən "Qum" şəhərinədək nə qədər yol vardır?Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: "Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: "Qum şəhəri bizim şiələrimimzin mərkəzidir".Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər."Əşəri" qəbiləsinin ağsaqqalı "Musa ibn Xəzrəc" o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Məsumə (ə) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.Daha sonra "Mir meydanı" adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək "Sittiyyə mədrəsəsində" - "Beytun-nur" adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (ə)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı "Babilan bağına" apardılar.Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (ə) və imam Cavad (ə) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ə)-ı Əmirəl möminin Əli (ə) və həzrət Məryəm (ə)-ı İsa (ə) şəxsən dəfn etmişdir.Həzrət Məsumə (ə)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.Beləliklə də həzrət Məsumə (ə)-ın müqəddəs qəbri Əhli-beyt (ə)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.