Qətər İsrailin təxribat xarakterli bəyanatlarını pisləyir
https://parstoday.ir/azeri/news/west_asia-i10906-qətər_İsrailin_təxribat_xarakterli_bəyanatlarını_pisləyir
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Netanyahunun ofisinin Dohanın vasitəçiliyinə qarşı bəyanatlarını “siyasi və mənəvi cəhətdən məsuliyyətsiz” adlandırıb və Qətərin atəşkəsə sadiqliyini və Fələstinin hüquqlarını dəstəklədiyini vurğulayıb.
(last modified 2025-06-20T09:02:56+00:00 )
May 04, 2025 09:09 Asia/Baku
  • Qətər İsrailin təxribat xarakterli bəyanatlarını pisləyir

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Netanyahunun ofisinin Dohanın vasitəçiliyinə qarşı bəyanatlarını “siyasi və mənəvi cəhətdən məsuliyyətsiz” adlandırıb və Qətərin atəşkəsə sadiqliyini və Fələstinin hüquqlarını dəstəklədiyini vurğulayıb.

Pars Today-in məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin Dohanın Həmas və sionist rejim arasında vasitəçiliyini şübhə altına alan açıqlamalarını pisləyib.

Əl-Ənsari vurğulayıb: Qətər Qəzza müharibəsinin başlanğıcından bu yana Misir və ABŞ ilə atəşkəs, əsirlərin azad edilməsi və mülki şəxslərin müdafiəsi üçün əməkdaşlıq edir və siyasi təzyiqlər onun fələstinlilərin hüquqlarını müdafiə etməsinə mane olmur.