Müqavimət qrupları sionist hərbçilərin Qəzzəyə irələləmələrinin qarşısını almağa çalışırlar
(last modified Tue, 07 Nov 2023 10:13:21 GMT )
Noy 07, 2023 14:13 Asia/Baku
  • Müqavimət qrupları sionist hərbçilərin Qəzzəyə irələləmələrinin qarşısını almağa çalışırlar

Yerli mənbələr bu gün səhər saatlarında müvəqqəti sionist rejimin ordusunun Qəzzə zolağına qarşı quru hücumlarının davam etməsi və müqavimət qruplarının onların irələləmələrinin qarşısını almağa səy göstərmələrindən xəbər veriblər.

 

Fələstin mediaları qeyd ediblər ki, Əzzəvaidə və Əlnusirat bölgələrində müqavimət döyüşçüləri ilə işğalçılar arasında güclü döyüşlər baş verib.

Görüntülər yayan digər mənbələr də Əlməğazi bölgəsində fələstinli qüvvələrlə terrorçu sionist hərbçilər arasında döyüşlərin getdyini bildiriblər.

Eyni zamanda, deyilənlərə görə, müqavimət döyüşçüləri Qəzzənin şimalında müvəqqəti sionist rejimin bir tankını hədəfə alıblar.

Belə bir halda, Fələstin Qızıl Aypara Təşkilatı bu gün səhər saatlarında bildiribdir ki, sionist rejim qırıcıları iki raketlə Əl-Qüds xəstəxanasının ərazisini hədəfə alıblar.

Digər tərəfdən, Qəzzə zolağında yerləşən Ələudə xəstəxanasının direktoru deyibdir ki, dizel yanacağı ehtiyatının bitməsinə görə, xəstəxana sabah axşam, tam şəkildə işini dayandıracaq.

Fələstin Səhiyyə Nazirliyi dünən gecə fələstinli şəhidlər barədəki ən son statistikada bildiribdir ki, oktyabrın yeddisindən bəri sionist rejimin hücumlarında on min iyirmi iki fələstinli şəhid olub.

Bu müddətdə iyirmi beş min dörd yüz səkkiz fələstinli də yaralanıbdır.

Teqlər