Sionist rejim qırıcıları Livanın müxtəlif ərazilərini bombalayıb
(last modified Sun, 03 Nov 2024 19:05:53 GMT )
Noy 03, 2024 23:05 Asia/Baku
  • Sionist rejim qırıcıları Livanın müxtəlif ərazilərini bombalayıb

Livan mediası bildiriblər ki, sionist rejim qırıcıları yenidən Livanın müxtəlif bölgələrini bombalamağa başlayıblar.

 

 Sionist rejim qırıcıları bir neçə saat əvvəl Cebel Əkrəm dağlıq bölgəsində bir körpünü hədəfə alıblar.

  Bu körpü Suriya-Livan sərhədindəki Əkkar və Hermel bölgələrini birləşdirirdi. Digər tərəfdən, 2 dəfə "Humin Əl-Təhta", "Əl-Mərc" ərazisi və "Kəfərfila" qəsəbəsindəki başqa bir ərazi İsrail qırıcıları tərəfindən hədəfə alınıb.

Həmçinin Livanın cənubundakı “Coya” və “Ədlon” qəsəbələri də İsrail qırıcıları tərəfindən bombalanıb.