Hindistanın Pakistana raket hücumu nəticəsində 26 nəfər ölüb, 46 nəfər yaralanıb
(last modified Wed, 07 May 2025 11:25:45 GMT )
May 07, 2025 15:25 Asia/Baku
  • Hindistanın Pakistana raket hücumu nəticəsində 26 nəfər ölüb, 46 nəfər yaralanıb

Pakistan ordusunun sözçüsü mətbuat konfransında bildirib ki, Pakistanın 6 bölgəsinə hücum nəticəsində 26 mülki şəxs həyatını itirib, ən azı 46 nəfər yaralanıb.

 

General Əhməd Şərif bir neçə dəqiqə əvvəl canlı mətbuat konfransında Hindistanın Pakistana açıq hücum etdiyini və eyni zamanda Pakistanın bu hücuma tez və sərt cavab verəcəyini bildirib.

O əlavə edib: Pakistanda Hindistan tərəfindən 6 nöqtə hədəf alınıb, onların hamısı mülki ərazilər, o cümlədən yaşayış binaları və məscidlər olub.

Pakistan ordusu hücumlar nəticəsində 26 mülki vətəndaşın həyatını itirdiyini, 46 nəfərin isə yaralandığını bildirib.

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumuna cavab olaraq 5 Hindistan qırıcısını vurub.