İspaniyada miqrantlarla hərbçilər arasında qarşıdurma yaşanıb – 4 əsgər yaralanıb
https://parstoday.ir/azeri/news/world-i14176-İspaniyada_miqrantlarla_hərbçilər_arasında_qarşıdurma_yaşanıb_4_əsgər_yaralanıb
30-40 miqrantdan ibarət qrup onlara pusqu quraraq avtomobili iri daşlarla atəşə tutub. Hərbçilər avtomobili tərk edərək qaçmağa məcbur olublar.
(last modified 2026-08-27T10:16:46+00:00 )
Avq 27, 2026 14:09 Asia/Baku
  • İspaniyada miqrantlarla hərbçilər arasında qarşıdurma yaşanıb – 4 əsgər yaralanıb

30-40 miqrantdan ibarət qrup onlara pusqu quraraq avtomobili iri daşlarla atəşə tutub. Hərbçilər avtomobili tərk edərək qaçmağa məcbur olublar.

İspaniyanın muxtar şəhəri Seutada bir qrup hərbçiyə hücumdan sonra azı 12 miqrant saxlanılıb.

Bu barədə “El Faro de Ceuta” portalı məlumat yayıb.

Portalın məlumatına görə, hadisə nəticəsində dörd hərbçi xəsarət alıb. İnsident yerli vaxtla saat 05:30 radələrində Seuta komandanlığının hərbçiləri zirehsiz avtomobillə müşahidə məntəqəsinə gedərkən baş verib.

30-40 miqrantdan ibarət qrup onlara pusqu quraraq avtomobili iri daşlarla atəşə tutub. Hərbçilər avtomobili tərk edərək qaçmağa məcbur olublar. Bu zaman hücum edənlər onları təqib edib, zərbələr endirməyə və daş atmağa davam ediblər. Nəticədə hərbçilərin kürək və qollarından xəsarət aldığı bildirilir.

Təcili yardım xidmətinə məlumat verildikdən sonra hadisə yerinə milli polis və Mülki Qvardiyanın bölmələri göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələndə hücum edənlər qaçmağa cəhd göstərib. Onlardan bir qismi dənizə atılıb. Hazırda onların axtarışı davam etdirilir.