Trampın müharibə nazirinin müavini də istefa verməyə məcbur oldu
https://parstoday.ir/azeri/news/world-i14254-trampın_müharibə_nazirinin_müavini_də_istefa_verməyə_məcbur_oldu
Wall Street Journal” qəzeti xəbər verib ki, ABŞ-ın müharibə nazirinin müavini və ordu naziri Den Driskoll Pit Heqsetlə aylarla davam edən gərginlikdən sonra istefa verib.
(last modified 2026-09-01T13:11:46+00:00 )
Sen 01, 2026 17:09 Asia/Baku
  • Trampın müharibə nazirinin müavini də istefa verməyə məcbur oldu

Wall Street Journal” qəzeti xəbər verib ki, ABŞ-ın müharibə nazirinin müavini və ordu naziri Den Driskoll Pit Heqsetlə aylarla davam edən gərginlikdən sonra istefa verib.

“Wall Street Journal” qəzetinin hesabatında bildirilir ki, ABŞ müharibə nazirinin müavini Den Driskollun istefası ABŞ-ın müharibə naziri Pit Heqsetlə ordunun gələcək istiqaməti və bir sıra yüksək rütbəli komandirlərin vəzifədən uzaqlaşdırılması ilə bağlı aylarla davam edən fikir ayrılığı və gərginlikdən sonra baş verib.

 

Hesabata görə, Driskoll daha əvvəl Heqsetin vəzifəsindən uzaqlaşdırdığı ABŞ Ordusunun keçmiş Baş Qərargah rəisi Rendi Corcla yaxın münasibətlərə malik olub.

 

“Wall Street Journal” daha əvvəl yazmışdı ki, Driskollun ilin sonuna qədər vəzifəsindən ayrılacağı gözlənilir və onun hətta bundan daha əvvəl istefa verə biləcəyi ehtimal olunurdu.

 

ABŞ-ın müharibə naziri Pit Heqset aprel ayında ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcu qəfil vəzifəsindən uzaqlaşdırıb. ABŞ Prezidenti Donald Tramp isə hələlik onun daimi əvəzlənməsi üçün namizəd irəli sürməyib.