Rosatom” şirkətinin baş direktoru:
“ İran və Rusiya prezidentləri nüvə məsələləri ilə bağlı danışıqlar aparıblar
“Rosatom” dövlət şirkətinin baş direktoru bildirib ki, İran və Rusiya prezidentləri çərşənbə axşamı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirdikləri ikitərəfli görüşdə nüvə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Buşəhr Atom Elektrik Stansiyasının vəziyyətini nəzərdən keçiriblər.
Pars Today-nin İRNA-ya istinadən verdiyi məlumata görə, “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçov çərşənbə günü Rusiyanın Uzaq Şərqində, Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun kuluarlarında bildirib: “Tehran və Moskva daha əvvəl iri atom elektrik stansiyalarının inşası üçün daha bir sahənin yaradılması ilə bağlı sazişlər imzalayıblar.”
“Rosatom”un baş direktoru əlavə edib ki, əvvəlki danışıqlar zamanı İran rəsmiləri kiçik nüvə elektrik stansiyalarının tikintisi məsələsini gündəmə gətiriblər. Bunun ardınca Rusiya bu stansiyaların inşası ilə bağlı hökumətlərarası saziş layihəsini İran tərəfinə təqdim edib.