BMT Qəzzada humanitar fəlakət barədə xəbərdarlıq etməyə davam edir
(last modified Mon, 23 Oct 2023 04:41:55 GMT )
Okt 23, 2023 08:41 Asia/Baku
  • BMT Qəzzada humanitar fəlakət barədə xəbərdarlıq etməyə davam edir

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Qəzzada humanitar fəlakət olacağı barədə xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn bazar günü Amerikanın "Politico" jurnalına müsahibəsində sionist rejimin Qəzzanı mühasirəyə alması nəticəsində baş verən humanitar fəlakət barədə xəbərdarlıq edərkən deyib: "Bölgəyə girməsək, insanlar aclıqdan öləcək".

Qəzzanın davam edən mühasirəsi iki milyon 300 min insanı aclıq həddinə çatdırıb", -deyə Makkeyn bildirib.

Qəzet əlavə edib: “Sionist rejim təxminən iki həftədir ki, dünyanın ən sıx məskunlaşdığı sahil bölgəsini mühasirəyə alıb və hava hücumlarını gücləndirməklə Qəzzaya qurudan hücum etməyə hazırlaşır.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin hava hücumları nəticəsində bu bölgənin 5000-ə yaxın sakini, o cümlədən 1500 uşaq şəhid olub.

Qəzzanın içməli su infrastrukturunun çökməsinin insanları vəba kimi xəstəliklərə yoluxma riski ilə qarşı-qarşıya qoyduğunu qeyd edən Makkeyn vurğulayıb: “Biz siyasətin humanitar yardımı necə göndərəcəyimizi müəyyən etməsinə icazə verə bilmərik. Bu, humanitar böhrandır”.