Hindistan və Ermənistan Şimal-Cənub dəhlizində əməkdaşlığı vurğulayır
https://parstoday.ir/azeri/news/world-i3424-hindistan_və_ermənistan_Şimal_cənub_dəhlizində_əməkdaşlığı_vurğulayır
Hindistan və Ermənistan hökumətləri Şimal-Cənub strateji dəhlizindən optimal istifadəni bir daha vurğuladılar.
(last modified 2025-06-23T09:04:51+00:00 )
Dek 09, 2023 10:35 Asia/Baku
  • Hindistan və Ermənistan Şimal-Cənub dəhlizində əməkdaşlığı vurğulayır

Hindistan və Ermənistan hökumətləri Şimal-Cənub strateji dəhlizindən optimal istifadəni bir daha vurğuladılar.

Bununla əlaqədar Hindistanın İrəvandakı səfiri “Nilakşi Saha Sinha” Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması üçün ölkəsinin Ermənistanla əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib. Nilakşi Saha Sinha “Yeni regional reallıqlar” və “Sülh yollarının kəsişməsi” konfransında çıxışında deyib: “İran və Hindistan Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlıq edir, biz bu çərçivədə Ermənistanla əməkdaşlığa hazırıq, Şimal-Cənub nəqliyyat  dəhlizinin region ölkələri və xalqları üçün nə faydası olduğunu bütün tərəflər bilməlidir".

Hind diplomatı həmçinin Hindistanın Ermənistanın yol infrastrukturunun inkişafında iştirak etməyə hazır olduğunu vurğulayaraq deyib: "Yeni Dehli Ermənistanın,İranın Çabahar limanından istifadə etmək və dənizə çıxışın olmamasından asılılığını azaltmaq istəyini alqışlayır."

Yeni Dehli rəsmilərinin bəyanatları, o cümlədən Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinhanın son bəyanatları Şimal-Cənub strateji dəhlizinin istismarının region və dünya  dövlətləri üçün qaçılmaz olduğunu göstərir.

İrəvanda keçirilən “Regionun Yeni Reallıqları və sülh” sammitində Ermənistan xarici işlər nazirinin müavini Manatsakan Səfəriyan çıxışında İrəvanın Tehran, Tbilisi və Yeni Dehli ilə əlaqələrinin daha da genişləndirilməsini vurğulayaraq deyib: “İran Qərbi Asiya marşurutu üzrə Ermənistanın tranzit yoludur ”.

İrəvan konfransının keçirildiyi bir vaxtda Tehranda iştirak edən Ermənistan rəsmiləri iki tərəfin razılıqlarını bir daha vurğuladılar. Dekabrın 6-da Tehranda keçirilən görüşdə tərəflər vurğuladılar: “Ermənistan İran İslam Respublikası üçün Avrasiya İqtisadi Birliyinə və Avropa ölkələrinə tranzit ölkəyə çevrilə bilər, digər tərəfdən isə İran İslam Respublikası Ermənistanın Fars körfəzi, Orta Asiya və Hindistana çıxışı üçün  tranzit ölkəyə çevrilə bilər ".

Şimal-Cənub Strateji Dəhlizi 2000-ci ildə üç ölkə İran, Rusiya və Hindistan arasında imzalanan razılaşmadan sonra başlanan böyük nəqliyyat layihəsinin adıdır. Bu plan Avropa ölkələri, Skandinaviya və Rusiya arasında Fars körfəzi, Hind okeanı və Cənub-Şərqi Asiya arasında mühüm kommunikasiya körpüsü kimi tanınır.

Araşdırmalar göstərir ki, şimal-cənub dəhlizinin fəaliyyətə başlaması ilə yüklərin və sərnişinlərin çatdırılma müddəti indiki marşrutlarla müqayisədə xeyli azalacaq. Əslində İran vasitəsilə Şərqi və Mərkəzi Avropa, Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri BƏƏ, Hindistan, Pakistan, Uzaq Şərq və Afrikanın şərq sahillərinə və əksinə çıxışını xeyli azalda bilər.

Bu vəziyyətdə, Qəzzadakı müharibədən və 20-lər qrupunun Hindistanda keçirilən görüşündə ABŞ-ın təklif etdiyi marşrutun tikintisi üçün ciddi problemlərin ortaya çıxmasından sonra Şimal-Cənub regionunun aktivləşdirilməsi məsələsinin gündəmə gəlməsi faktını nəzərdən qaçırmaq olmaz.Bu səbəbdən də kommunikasiya marşrutlarının aktivləşdirilməsi üçün region ölkələri arasında ciddi rəqabət başlayıb.

Bu kontekstdə Türkiyənin “Qafqaz və Mərkəzi Asiya Araşdırmalar Mərkəzi”nin rəhbəri, bu ölkənin mediasında fəal ekspert, professor “Həsən Oktay” hesab edir: “İran Fars körfəzini  Batumi limanına birləşdirmək üçün Ermənistanla davamlı danışıqlar aparır.”

Bu arada, danılmaz fakt odur ki, Ermənistan marşrutu Şimal-Cənub strateji dəhlizində ən mühüm kommunikasiya marşrutlarından biridir. Ermənistanın dövlət qurumlarının Şimal-Cənub Dəhlizi layihələrində ciddi iştirakı ilə bu  marşrutunun gələcəkdə ən sıx nəqliyyat və tranzit marşrutlarından biri olacağını indidən proqnozlaşdırmaq olar.

xatırlatmaq lazımdır, Hind dövləti Ermənistanla geniş əlaqələr görə,Rusiya və Avropa ölkələrinə çıxış əldə etmək üçün Azərbaycan Respublikası deyil Ermənistana üstünlük verir. Son vaxtlar bu ölkənin Ermənistana silah satması, yeni dehli ilə bakı münasibətlərində müəyyən soyuqluq yaradıb,bundan əlavə qarabağ münaqişəsində Hindin Ermənistana dəstək verməsini də nəzərdən qaçırmaq olmaz.

Rusiya da Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üçün səyı göstərir və iranda Rəşt-Astara dəmir yol xəttinin təkmilləşdirilməsi üçün kredit ayırmşıdır, həmin dəmir yol xətti təkmilləşərək Azərbaycan dəmir yol xəttinə qoşularsa,Azərbaycan marşurutu da daha aktivləşə bilər. İran islam Respublikası rəsmiləri Azərbaycan Respublikası rəsmiləri ilə danışıqlarda bu layihənin tez bir zamanda sona çatmasını vurğulayırlar.