Apr 24, 2024 14:33 Asia/Baku
  • Putin: Yeni dünya nizamı əksər ölkələrin maraqlarına xidmət etməlidir

Rusiya prezidenti Sankt-Peterburqda keçirilən təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin 12-ci Beynəlxalq Toplantısının iştirakçılarına ünvanladığı videomüraciətdə bildirib: Rusiya əksər ölkələrin maraqlarına xidmət edəcək yeni çoxqütblü dünya nizamının formalaşmasında qlobal və regional təhlükəsizliyin təmin edilməsində bütün maraqlı tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırdır.

 

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibinin də iştirak etdiyi çərşənbə günü işə başlayan iclasa videomüraciətində Vladimir Putin əlavə edib: Moskva çoxqütblü dünya nizamının formalaşdırılması və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi üçün bu məsələlərdə maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır. 

O qeyd edib: Budəfəki konfransda müxtəlif ölkələrin nümayəndələri dünya vəziyyətini təhlil edəcək, qlobal və regional sabitliyin əsas məsələlərini müzakirə edəcək, mühüm və təhlükəli müasir çağırışlara daha səmərəli cavab vermək barədə fikir mübadiləsi aparacaqlar.

Teqlər