ABŞ ilə münasibətlər yeni ildə dəyişəcək
(last modified Sun, 14 Jul 2024 13:33:52 GMT )
İyul 14, 2024 17:33 Asia/Baku
  • ABŞ ilə münasibətlər yeni ildə dəyişəcək

Gələn ilin əvvəlindən Gürcüstanla ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə dəyişəcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan “xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra bu ölkənin ABŞ ilə əlaqələri gərginləşməyə uz qoyub. ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

Gürcüstan baş naziri yaranmış prosesi nəzərə alaraq yeni milad ilində ölkəsi ilə ABŞ arasındakı əlaqələrin mənfiyə doğru daha ciddi dəyişəcəyini proqnozlaşdırıb.

“Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək”, – İrakli Kobaxidze deyib

Gürcüstan baş nazirinə görə, ABŞ-nin son qərarları, iki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulmasına kömək etmir.