BMT: Qəzzada heç bir yer təhlükəsiz deyil; Atəşkəsə çox ehtiyac var
(last modified Wed, 14 Aug 2024 13:00:50 GMT )
Avq 14, 2024 17:00 Asia/Baku
  • BMT: Qəzzada heç bir yer təhlükəsiz deyil; Atəşkəsə çox ehtiyac var

BMT baş katibinin siyasi məsələlər üzrə müavini deyib: Qəzzada heç bir yer təhlükəsiz deyil, lakin mülki şəxslərə hələ də ərazisi getdikcə azalan bölgələrə getmələri əmri verilir.

 

BMT-nin Siyasi Məsələlər və Sülh Məsələləri üzrə müavini Rozmari DiKarlo yerli vaxtla çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasında Qəzza və İsrailin Tabein məktəbini bombalaması ilə bağlı deyib: İsrail ordusunun (IDF) Tabein məktəbinin ərazisinə hava hücumu avqustun 10-da, günün əvvəlində həyata keçirilib. Yerli Fələstin mənbələrinin məlumatına görə, onlarla fələstinli həyatını itirib, çoxlu sayda insan, o cümlədən qadın və uşaqlar yaralanıb.BMT-nin baş katibinin müavini deyib: Qəzzada heç bir yer təhlükəsiz deyil, lakin mülki şəxslərə ərazisi getdikcə azalan bölgələrə getmələri əmri verilməsi davam edir. Müharibənin başlanmasından 10 ay keçir və regional gərginlik təhlükəsi həmişəkindən daha çox nəzərə çarpır.