Sen 13, 2024 17:49 Asia/Baku
  • Rusiyanın Xarici Kəşfiyyat Xidməti faş etdi

ABŞ və ATƏT Gürcüstandakı seçkilərə müdaxilə etməyi planlaşdırır

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) bəyanat yayaraq bildirib ki, ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə birlikdə Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilə etməyi planlaşdırır.

Rusiya kəşfiyyatının əldə ətdiyi faktlara əsasən, seçkilərə 10-20 gün qalmış ATƏT ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmadığı qənaətinə gələn hesabat dərc edəcək və seçkilərin ilkin nəticələri elan edildikdən sonra seçki prosesin demokratik standartlara cavab vermədiyini iddia edəcəkdir.

Bəyanatda qeyd olunur ki, Vaşinqtonun planı çərçivəsində qərbyönlü Gürcüstan müxalifətinə ölkədə hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş kütləvi etirazlar tapşırılıb. Bundan əlavə amerikalılar seçkilərə bir neçə həftə qalmış Gürcüstan hakimiyyətinə təzyiqləri əhəmiyyətli dərəcədə artırmaq niyyətindədirlər.

Avqustun 28-də Rusiya kəşfiyyatı iddia etmişdi ki, ABŞ Gürcüstanda seçkiqabağı proseslərdən narazı olduğu üçün bu ölkədə rəngli inqilab planlaşdırır. ABŞ həmçinin dövlət çevrilişi yolu ilə Gürcüstan hökumətini devirməyi nəzərdən kiçirir.