Təhlükəsizlik Şurası Qəzzənin dəhşətli şəraitindən narahat olub
(last modified Wed, 31 Jan 2024 17:11:46 GMT )
Yan 31, 2024 21:11 Asia/Baku
  • Təhlükəsizlik Şurası Qəzzənin dəhşətli şəraitindən narahat olub

Qəzzədə ağır şəraitin hökm sürməsindən narahat olduğunu bildirən BMT Təhlükəsizlik Şurası bütün tərəfləri Təşkilatın Qəzzə üzrə humanitar koordinatoru ilə birgə əməkdaşlığa çağırıb.

 

BMT Təhlükəsizlik Şurasının çərşənbə axşamı verdiyi bəyanatda Qəzzədə sürətlə daha da pisləşən humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Bu bəyanat, İsrail rejiminin Qəzzə anklavında amansızcasına apardığı bombardmanların hələ də davam etdiyi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ-ın Qəzzəyə qarşı mövqeyində veto hüququndan istifadə edərək hələ də atəşkəs rejiminin bərpa edilməsinə dair qətnamənin qəbul edə bilməməsi bir vaxta təsadüf edir.

BMT Təhlükəsizlik Şurası həmçinin münaqişədə iştirak edən bütün tərəflərin Təşkilatın baş katibinin xüsusi nümayəndəsi, Qəzzə humanitar məsələlər üzrə yeni koordinatoru Siqrid Kaqla əməkdaşlığa çağırıb.