Müqavimət döyüşçüləri düşmənin hücumlarına sinə gərir
(last modified Fri, 18 Oct 2024 06:49:29 GMT )
Okt 18, 2024 10:49 Asia/Baku
  • Müqavimət döyüşçüləri düşmənin hücumlarına sinə gərir

İsrailin cənubi Livanda məğlubiyyəti qətiləşib Sionist rejim ordusunun Livan ərazisinə daxil olmaq cəhdləri uğursuzluqla üzləşib və düşmən qüvvələrinin çoxlu itki və tələfat verməsi Təl-Əvivi çaşbaş salıb.

 

Sionist düşmən Livanın cənubunda gözləmədiyi müqavimətlə üzləşib və onun xüsusi təyyinatlıları iman silahına sarılmış Hizbullah döyüşçülərinin qarşısında aciz duruma düşüblər, digər tərəfdən rejimin mülki hədəflərə və UNIFIL qüvvələrinə hücumları onun qərbli tərəfdarları arasında fikir ayrılığı yaradıb, xüsusilə də Avropa İttifaqının İtaliya və Fransa kimi aparıcı dövlətləri, eləcə də BMT-nin baş katibi xunta rejiminin beynəlxalq qanunları kobud şəkildə pozmasını qınayıblar.

Məlumat üçün bildirək ki, Livanla sərhəd zolağında sionist rejim ordusunun bu vaxtlara qədər 50-dən çox qarnizonu var idi və Hizbullah 3000 əməliyyatla bütün bu qarnizonları hədəfə alıb. Bu mərkəzlər o dərəcədə zədələnib və dağıdılıb ki, işğalçı ordu öz piyada qoşunlarının təminatında çətinlik çəkir.

Eyni zamanda Hizbullahın sionist rejimin Qolani briqadasını vurması, həmçinin Hayfa və bu bölgədəki obyektləri hədəfə alması göstərir ki, Hizbullah yüksək çəkindirici gücə malikdir və Hizbullah öz üstünlüyünü qoruyub saxlamağı bacarır, quru döyüşlərdə düşmən qüvvələrinin irəliləməsinə mane olur, üstəlik İsrail adlanan yerin, yəni işğal olunmuş Fələstinin şimal bölgəsi Hizbullahın raket və PUA-larının hədəfinə tuş gəlir.

Baş verənlər onu deməyə əsas verir ki, düşmənin hesablamaları boşa çıxıb və Seyid Həsən Nəsrullahın şəhadəti müqavimət döyüşçülərini daha da cəsurlaşdırıb və onlar bu gün cənubi Livanda xüsusi qəhrəmanlıq göstərirlər.  

Beləliklə də Hizbullah öz strategiyaları ilə dünya mübarizə tarixində və işğalçılara müqavimət göstərməkdə misilsiz bir fenomenə çevrilib.

Livan Hizbullah Hərəkatı baş katibinin müavini Şeyx Nəim Qasim son çıxışında sionist rejimi region və dünya üçün təhlükə adlandıraraq vurğulayıb ki, “Gənclərimiz sionist rejim ordusuna böyük dərs vermək üçün gözləyirlər və Livan islami müqavimətinin qüvvələri nəhayət, bu rejimi məğlub edəcək və kökünü kəsəcəklər”.