-
İranın xarici işlər naziri diplomatik nümayəndə heyətinə başçılıq edərək Nyu-Yorka gəlib
Sen 22, 2025 13:19İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün bazar ertəsi yerli vaxtla (22 sentyabr 2025-ci il) diplomatik nümayəndə heyətinə başçılıq edərək Nyu-Yorka gəlib.
-
İRAN millisi Xorvatiyadakı dünya çempionatında 1-ci yeri tutub
Sen 22, 2025 06:19İranın idman tarixində ilk dəfədir ki, sərbəst və yunan-Roma güləşi üzrə milli komandalar eyni turnirdə eyni vaxtda dünya çempionu adını qazanıblar.
-
Ali Təhlükəsizlik Şurasının bəyanatı: Atom Agentliyi ilə əməkdaşlıq prosesi dayandırılacaq
Sen 21, 2025 12:30İran İslam Respublikasının Prezidenti cənab Doktor Məsud Pezeşkianın sədrliyi ilə Ali Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda bölgədəki vəziyyət və sionist rejimin avantürist addımları müzakirə olunub. Bildirilib ki, İranın siyasəti hazırkı şəraitdə bölgədə sülh və sabitliyin təmin olunması üçün maksimum əməkdaşlıq yönümlü olacaq.
-
Sepah: Düşmənin hər hansı yeni səhv hesablamaları, ağır və ibrətamiz cavabla qarşılanacaq
Sen 21, 2025 12:26İran İnqilab Keşikçiləri Korpusunun müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə yayılan bəyanatında bildirilib ki, düşmənin hər hansı yeni səhv hesablamaları və təcavüzü baş verərsə, İran İslam Respublikası döyüş meydanında təşəbbüsü tamamilə ələ keçirəcək və ona ağır, ibrətamiz və əzici cavab verəcək.
-
İran üç Avropa ölkəsinin qanunsuz hərəkətini pisləyib
Sen 21, 2025 12:24İran Xarici İşlər Nazirliyi bir bəyanatda üç Avropa ölkəsi, Fransa, Almaniya və İngiltərənin nüvə sazişindəki mübahisələrin həlli mexanizmindən sui-istifadə edərək, BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrini bərpa etmək üçün qanunsuz hərəkətini pisləyib.
-
Xətibzadə: Avropa regionda gərginliyi artırmaq üçün bəhanə axtarır
Sen 20, 2025 14:34İran xarici işlər nazirinin köməkçisi Səid Xətibzadə BMT sanksiyalarının mümkün qaytarılması və Avropa ölkələrinin nəzərdən keçirmə mexanizminin işə salınmasına mane olması ilə bağlı hadisələrə cavab olaraq üç Avropa ölkəsinin (Üçlük) gərginliyi artırmaq üçün bəhanə axtardığı barədə xəbərdarlıq edib.
-
Qərb qərəzli sanksiyaların bərpasında israrlı qaldı - GÜNDƏM
Sen 19, 2025 14:26ABŞ və veto hüququna malik olan iki Avropa ölkəsi - İngiltərə və Fransanın təzyiqi altında BMT Təhlükəsizlik Şurası növbəti uğursuzluğa imza atıb.
-
Şeyx Nəim Qasım: İsrail mütləq süqut edəcək
Sen 17, 2025 18:57Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasım, sionist rejimin peycer partlayışlarına görə törətdiyi cinayətin ildönümü münasibətilə çıxış edib.
-
Bəqai: Region ölkələrinin və İslam dünyasının sionist rejimi boykot kampaniyalarına qoşulacağına ümid edilir
Sen 17, 2025 17:31Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ümid etmək olar ki, region ölkələri və İslam dünyası da bu kampaniyalara qoşularaq sionist rejimin qətliam, soyqırım və müharibə qızışdırıcılığının davam etdirilməsi ilə müxalif olduqlarını əməli şəkildə nümayiş etdirəcəklər.
-
Xarici İşlər Naziri ilə Avropa həmkarları arasında telefon danışığı baş tutub
Sen 17, 2025 17:01İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, Fransa, Almaniya və İngiltərənin Xarici İşlər Nazirləri, həmçinin Avropa İttifaqının Xarici Siyasət üzrə məsul şəxsi ilə telefon əlaqəsi saxlayıb və bu danışıqda nüvə məsələsi və İran əleyhinə tətbiq olunan haqsız sanksiyaların ləğv olunması barədə danışılıb.