Ali Təhlükəsizlik Şurasının bəyanatı: Atom Agentliyi ilə əməkdaşlıq prosesi dayandırılacaq
https://parstoday.ir/azeri/news/iran-i12656-ali_təhlükəsizlik_Şurasının_bəyanatı_atom_agentliyi_ilə_əməkdaşlıq_prosesi_dayandırılacaq
İran İslam Respublikasının Prezidenti cənab Doktor Məsud Pezeşkianın sədrliyi ilə Ali Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda bölgədəki vəziyyət və sionist rejimin avantürist addımları müzakirə olunub. Bildirilib ki, İranın siyasəti hazırkı şəraitdə bölgədə sülh və sabitliyin təmin olunması üçün maksimum əməkdaşlıq yönümlü olacaq.
(last modified 2025-09-23T11:43:46+00:00 )
Sen 21, 2025 16:00 Asia/Baku
  • Ali Təhlükəsizlik Şurasının bəyanatı: Atom Agentliyi ilə əməkdaşlıq prosesi dayandırılacaq

İran İslam Respublikasının Prezidenti cənab Doktor Məsud Pezeşkianın sədrliyi ilə Ali Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda bölgədəki vəziyyət və sionist rejimin avantürist addımları müzakirə olunub. Bildirilib ki, İranın siyasəti hazırkı şəraitdə bölgədə sülh və sabitliyin təmin olunması üçün maksimum əməkdaşlıq yönümlü olacaq.

 

Eyni zamanda, beynəlxalq aləmdə bəzi ölkələrin, xüsusilə də hərbi əməliyyatlar və sanksiyalar sahəsində atdıqları addımlar təhlil olunub. İranın nüvə məsələsi ilə bağlı Avropa ölkələrinin düşünülməmiş hərəkətləri müzakirə edilib və vurğulanıb ki, İran Xarici İşlər Nazirliyinin Atom Enerjisi Agentliyi ilə əməkdaşlığına və məsələni həll etmək üçün təqdim etdiyi təşəbbüslərə baxmayaraq, Avropa ölkələrinin bu davranışları nəticəsində Agentliklə əməkdaşlıq prosesi faktiki olaraq dayandırılacaq.

 

İclasda, həmçinin, Xarici İşlər Nazirliyinə Ali Təhlükəsizlik Şurasının qərarları çərçivəsində milli maraqları qorumaq məqsədilə diplomatik məsləhətləşmələri davam etdirmək tapşırılıb.

 

Bundan əlavə, iclasda milli həmrəyliyə töhfə verən və məhbusların əfv olunmasına dair məhkəmə qurumunun atdığı hesablanmış addım üçün təşəkkür bildirilib.