-
İranın Ali Rəhbərinin ivrit dilli hesabı: Sionist rejim dünyanın ən mənfur rejimidir
Avq 26, 2025 13:29İslam İnqilabının Rəhbərinin X sosial şəbəkəsindəki ivrit dilli səhifəsi yazıb: Bu gün bizim düşmənimiz olan sionist rejim dünyanın ən mənfur rejimidir. Xalqlar sionist hökumətdən iyrənirlər və hökumətlər hətta onu pisləyirlər.
-
İranın gənc yunan-Roma güləşçiləri dünya çempionatının qalibi olublar
Avq 25, 2025 13:27İranın gənclərdən ibarət yunan-Roma güləşi komandası bir qızıl, iki gümüş, iki bürünc və 117 komanda xalı qazanaraq altıncı dəfə dünya çempionu adını qazanıb.
-
Silahlı Qüvvələrin Baş Qərargahı: Düşmənlərdən gələn istənilən təhdidə qarşı əvvəlkindən daha güclü mübarizə aparacağıq
Avq 25, 2025 13:26Silahlı Qüvvələrin Baş Qərargahı inqilabın müqəddəs məqsədlərinə nail olmaqda hökumətə dəstəyini açıqladığı mesajında vurğuladı: Silahlı qüvvələr əmindirlər ki, müqəddəs birliyi gücləndirməklə, ölkənin xalqı və rəsmiləri, xüsusən də prezidentlə həmrəylik və sinerjini gücləndirməklə, ölkə və İslam İnqilabı düşmənlərinin hər hansı bir təhlükəsinə qarşı əvvəlkindən daha güclü şəkildə mübarizə aparacaq və İran və iranlıların düşmənlərini öz əməllərindən əbədi olaraq peşman edəcəklər.
-
Pezeşkian: Bizi düşmən hücumlarından qoruya biləcək yeganə şey vəhdət və birlikdir
Avq 25, 2025 13:20Prezident sionist rejimlə mübarizənin yolunun ölkə daxilində və İslam ölkələri arasında vəhdətin olduğunu bildirərək dedi: Bizi düşmənin bütün zərər və hücumlarından qoruya biləcək yeganə şey vəhdət və birlikdir.
-
İran və Misir xarici işlər nazirləri regionda sabitliyin qorunması üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar
Avq 25, 2025 13:15İran və Misir xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli səviyyələrdə, eləcə də regional və beynəlxalq qurumlarda məsləhətləşmələrin və danışıqların davam etdirilməsinin böhranların dərinləşməsinin qarşısını almaq və regionda sabitliyin qorunması baxımından zəruri olduğunu vurğulayıblar.
-
İran xalqı ABŞ-nin təhqiredici tələbinə qarşı güclü müqavimət göstərir
Avq 24, 2025 13:12İslam İnqilabının Böyük Rəhbəri, bütün xalq, məsul şəxslər və söz və qələm sahiblərinin müqəddəs və əzəmətli milli birliyi qorumaq və gücləndirmək üçün tam qüvvə ilə çalışmalı olduqlarını vurğulayaraq deyib: İran xalqı ABŞ-nin təhqiredici tələblərinə qarşı güclü dayanacaq.
-
Hökumət, millət və Silahlı Qüvvələr arasında dərin bağ güclü və inkişaf etmiş İranın reallaşmasının təminatıdır
Avq 24, 2025 13:14İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hökumət, millət və Silahlı Qüvvələr arasındakı dərin bağı güclü və qabaqcıl İran vizyonunun həyata keçirilməsinin qarantı hesab edib və vurğulayıb: Təhlükəsizlik mühitinin mürəkkəbliklərini və yaranan təhdidləri dərindən dərk edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusu özünün müdafiə imkanlarını və təhlükəsizlik imkanlarını qoruyub saxlamağa və gücləndirməyə üstünlük verib.
-
Müdafiə naziri: 12 günlük müharibə ölkənin müdafiə sənayesi üçün yol xəritəsini müəyyənləşdirdi
Avq 23, 2025 13:57Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əmir Nəsirzadə sionist rejim ilə ABŞ-ın İrana qarşı son 12 günlük müharibənin ölkənin müdafiə sənayesi üçün yol xəritəsinin müəyyən edilməsinə səbəb olduğunu bildirib və deyib: Biz düşmənə qarşı yeni texnologiyalar üçün tədqiqat və innovasiyalardan istifadə edirik və bu müharibənin təcrübələri bizə yeni prioritetlər verib.
-
İran: BMT və Təhlükəsizlik Şurası Sistan və Bəlucistandakı terror aktını birmənalı şəkildə pisləməlidir
Avq 23, 2025 13:48İranın BMT-dəki səfiri Sistan və Bəlucistanda törədilən terror aktı ilə bağlı Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd edib: İran Təhlükəsizlik Şurasını və BMT Baş katibini bu mənfur terror aktını mümkün olan ən sərt şəkildə və heç bir qeyri-müəyyənlik olmadan pisləməyə çağırır və terrorizmin pislənməsində hər hansı ikili standart və ya seçici yanaşma yalnız Təhlükəsizlik Şurasının etibarını sarsıdacaqdır.
-
Əli Laricani: Həqiqi danışıqların şərti - düşmən başa düşməlidir ki, “iranlılar təslim olan deyil”
Avq 23, 2025 07:46Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanı verdiyi bir müsahibədə vurğulayıb: Əgər düşmən diplomatiya meydanını teatr və tamaşa səhnəsinə çevirsə, bu diplomatiyadan bir nəticə çıxmayacaq.