Pezeşkian: Bizi düşmən hücumlarından qoruya biləcək yeganə şey vəhdət və birlikdir
Prezident sionist rejimlə mübarizənin yolunun ölkə daxilində və İslam ölkələri arasında vəhdətin olduğunu bildirərək dedi: Bizi düşmənin bütün zərər və hücumlarından qoruya biləcək yeganə şey vəhdət və birlikdir.
Məsud Pezeşkian bazar ertəsi səhər İslam İnqilabının banisinin müqəddəs hərəmində 14-cü hökumət üzvlərinin mərhum İmamın idealları ilə əhd-peymanının təzələnməsi mərasimində çıxışı zamanı vurğuladı ki, vəhdət və birlik bizi düşmən hücumlarından qoruya bilər və dedi: Ölkə daxilində, hətta müsəlmanlarla qonşular arasında vəhdət və birliyi pozan hər bir söz getdiyimiz yola xəyanətdir.O, əlavə etdi: İsrail və Amerika bizi daxildən və region ölkələrindəki müsəlmanları üz-üzə qoymağa çalışır. Bizim bir-birimizlə fikir ayrılığımız olmamalı, qonşularımıza qarşı aqressiv olmamalıyıq. Qonşularımız bizim qardaşlarımızdır. Müsəlmanlar düşmənlərə qarşı birləşməli və hamımız əl-ələ verməliyik.Prezident davam etdi: Bölgədə İslam ölkələri daxilində və arasında parçalanma yaratmaq sizin "biz onunla mübarizə aparmaq istəyirik" dediyiniz İsrailə xidmət edir. Əgər biz həmrəy olsaq, onlar müsəlmanlara hücum etməyə və çəp baxmağa cəsarət etməzlər.