-
Silahlı Qüvvələrin sözçüsü: Düşmən bunun bədəlini ağır ödəyəcək
İyun 14, 2025 11:24Silahlı Qüvvələrin sözçüsü deyib: İran İslam Respublikasının cavabı qətidir və düşmən bunun bədəlini ağır ödəyəcək.
-
Ordunun “Arəş” PUA-ları işğal olunmuş ərazilərdəki hədəfləri vurub
İyun 14, 2025 11:21İran İslam Respublikası ordusu bu gün (şənbə günü) səhər bir neçə növ "Arəş" kamikadze PUA-larının işğal olunmuş ərazilərdəki hədəfləri vuraraq məhv etdiyini açıqlayıb.
-
İranın BMT-dəki səfiri: Sionist rejimin hücumuna cavabımız qanuni və qəti olacaq
İyun 14, 2025 08:55İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlərə İranın İsrail rejiminin hücumuna cavabı ilə bağlı deyib: “Bizim cavabımız qanuni, mütənasib və qəti olacaq və özümüz müəyyən etdiyimiz vaxtda və şəkildə həyata keçiriləcək”.
-
İranın yüksək vəzifəli rəsmisi: Biz sionist rejim tərəfdarlarının bazalarını hədəfə alacağıq
İyun 14, 2025 08:52Adının çəkilməsini istəməyən yüksək rütbəli İran rəsmisi CNN xəbər kanalına müsahibəsində İranın sionist rejimə qarşı cavab hücumlarının güclənməsinə işarə edib və vurğulayıb ki, Tehran Təl-Əviv tərəfdarlarının regional bazalarını və bu rejimi müdafiə edən istənilən ölkəni hədəf alacaq.
-
İran səfiri İngiltərə Xarici İşlər Nazirliyinin rəsmisi ilə görüşdə sionist rejimin təcavüzünü pisləməyə çağırıb
İyun 14, 2025 08:44İran İslam Respublikasının Londondakı səfiri Musəvi İngiltərə xarici işlər nazirinin müavini ilə görüşündə sionist rejimin İran torpaqlarına son təcavüzü və bir sıra hərbi komandirlər, elm adamları və mülki şəxslərin şəhadətinə işarə edərək, İngiltərə hökumətindən bu qeyri-qanuni hərəkəti qətiyyətlə pisləməyə çağırıb.
-
Yaxalama iddialarına baxmayaraq, düşmən İranın raket hücumları dalğasına qarşı dura bilməyib
İyun 14, 2025 06:19İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Doğru vəd 3" əməliyyatı ilə bağlı 2 saylı bildirişdə vurğuladı: Sahə hesabatları, peyk şəkilləri və kəşfiyyat məlumatlarına əsasən, onlarla ballistik raket strateji hədəfləri effektiv şəkildə vurub. Yaxalama iddialarına baxmayaraq, düşmən İran İslam Respublikasının raket hücumları dalğalarının qarşısını ala bilməyib. 13 iyun 2025-ci il
-
Cəza əməliyyatı başladı
İyun 13, 2025 19:49Bir neçə dəqiqə əvvəl işğal olunmuş torpaqlara qarşı yüzlərlə ballistik raketin atılması ilə sionist rejimin vəhşi hücumuna qəti cavab əməliyyatı başladı.
-
Qrossi: Buşehr, İsfahan və Fordo nüvə obyektlərinə zərər dəyməyib
İyun 13, 2025 19:49Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İsrailin İrana qarşı hücumları fonunda bildirib ki, Buşehr, İsfahan və Fordo nüvə obyektlərinə heç bir zərər dəyməyib və Nətənz nüvə obyektində radiasiya səviyyəsinin artdığına dair heç bir göstərici müşahidə olunmayıb.
-
HƏMAS: Sionist rejimin İrana qarşı hücumu təhlükəli bir hücum və bütün İslam ümməti üçün təhdiddir
İyun 13, 2025 19:41İslami Müqavimət Hərəkatı - HƏMAS yaydığı bəyanatda bu gün sübh saatlarında Sionist rejimin İran İslam Respublikasına qarşı həyata keçirdiyi hücumu kəskin şəkildə qınayıb və bu hücumu olduqca təhlükəli bir dönüş nöqtəsi, həmçinin ümmətin əsas düşməni ilə taleyüklü mübarizənin açıq göstəricisi kimi qiymətləndirib. Bəyanatda qeyd olunub ki, bu düşmən yalnız Fələstinlə məhdudlaşmır, əksinə bütün bölgəni və İslam ümmətini hədəfə alır.
-
Prezident Dr. Pəzeşkiyan: Sionist rejimin hücumları mütləq cavabsız qalmayacaq / Putin: Bu hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və pisləyirik
İyun 13, 2025 18:44Prezident Dr. Məsud Pəzeşkiyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib: Sionist rejimin ölkəmizə qarşı hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və mütləq münasib cavabını alacaq.