Qrossi: Buşehr, İsfahan və Fordo nüvə obyektlərinə zərər dəyməyib
https://parstoday.ir/azeri/news/iran-i11502-qrossi_buşehr_İsfahan_və_fordo_nüvə_obyektlərinə_zərər_dəyməyib
 Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İsrailin İrana qarşı hücumları fonunda bildirib ki, Buşehr, İsfahan və Fordo nüvə obyektlərinə heç bir zərər dəyməyib və Nətənz nüvə obyektində radiasiya səviyyəsinin artdığına dair heç bir göstərici müşahidə olunmayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 13, 2025 19:49 Asia/Baku
  • Qrossi: Buşehr, İsfahan və Fordo nüvə obyektlərinə zərər dəyməyib

 Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İsrailin İrana qarşı hücumları fonunda bildirib ki, Buşehr, İsfahan və Fordo nüvə obyektlərinə heç bir zərər dəyməyib və Nətənz nüvə obyektində radiasiya səviyyəsinin artdığına dair heç bir göstərici müşahidə olunmayıb.

 

Qrossi “X” sosial şəbəkəsində yayımladığı mesajda qeyd edib:İran rəsmiləri Agentliyə məlumat veriblər ki, Buşehr atom elektrik stansiyası hədəf alınmayıb və Nətənz nüvə obyektində radiasiya səviyyəsinin artdığına dair heç bir göstərici müşahidə olunmayıb.O əlavə edib ki, İran rəsmiləri ilə aparılan əlavə təmaslar nəticəsində İsfahan nüvə obyektinin də zərər görmədiyi təsdiqlənib. Bu ana qədər Fordo yanacaq zənginləşdirmə obyektinə də heç bir zərər dəyməyib.