-
Salehi Əmiri: İran İƏT üzv ölkələri ilə turizm əməkdaşlığını gücləndirməyə çalışır
Apr 26, 2025 18:58Mədəni İrs, Turizm və Əl Sənayesi naziri İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin Türkiyənin Ərzurum şəhərində keçirilən 6-cı iclası çərçivəsində İranın 2028-ci ilə qədər 15 milyon turist cəlb etmək kimi əsas məqsədlərindən danışıb, turizm sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini və onun infrastrukturuna sərmayələrin yatırılmasını vurğulayıb.
-
İranlı şagirdlər Türkiyədə beynəlxalq riyaziyyat yarışmasında parlayır
Apr 26, 2025 15:51Türkiyədə keçirilən Beynəlxalq Riyaziyyat Yarışmasında iranlı şagirlərdən ibarət komandanın rəhbəri deyib: “İranlı şagirdlər Türkiyədə keçirilən Beynəlxalq Riyaziyyat Yarışmasının final mərhələsində 2 Dünya Ulduz Kuboku, 2 gümüş, 2 bürünc medal qazanıb və dünya komanda yarışında dördüncü yeri tutdular.”
-
Bəqai: İranın müdafiə və raket imkanları danışıqlarda müzakirə olunmayıb və müzakirə edilmir
Apr 26, 2025 11:08Xarici İşlər Nazirliyinin mətbuat katibi İran və ABŞ arasında dolayısı danışıqların detalları ilə bağlı medianın iddialarını rədd edərək, vurğulayıb: “ABŞ-la dolayısı danışıqlarda ölkənin müdafiə və raket imkanları məsələsi müzakirə olunmayıb və müzakirə edilmir.”
-
İranın şah əsəri Müqəddəs Pyotr Bazilikasında Papa ilə vida mərasimində
Apr 26, 2025 11:06Bu günlərdə Papanın Vatikandakı Müqəddəs Pyotr Bazilikasında vida mərasimi zamanı cənazəsinin altına sərilən nəfis və gözəl bəzəkli İran xalçası hamının diqqətini özünə çəkmişdir. Çoxları hesab edir ki, bu xalça Qacarlar dövründə avropalıların diqqətini çəkən “əl toxunuşu olan Malayer xalçası”dır və o vaxtdan onun yaşıl qitəyə ixracı davam edir.
-
İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu
Apr 26, 2025 09:53Ölkəmizin Xarici İşlər naziri və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin sədrliyi ilə Omanın Xarici İşlər nazirinin vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu Maskatda başlayıb.
-
Müdafiə naziri: Bizim çəkindirici gücümüzə görə düşmən danışıqlar masasına oturacaq
Apr 26, 2025 08:31Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri deyib: Əgər bu gün düşmənlərimiz danışıqlar masası arxasında otururlarsa, bu, ölkənin çəkindirmə və müdafiə qabiliyyətinə görədir. Müdafiə diplomatiyanın əsl dayağıdır və bu, son illərdə çox aydın olan bir həqiqətdir.
-
Bəndər Abbasda güclü partlayış
Apr 26, 2025 15:38İranın Şəhid Rəcai Limanı ərazisində güclü partlayış baş verib.
-
Əraqçi Pakistan və Hindistan arasında səbir və təmkinli olmağın vacibliyini vurğulayıb
Apr 26, 2025 06:28Seyid Abbas Əraqçi Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə söhbətində İranın Dehli ilə İslamabad arasında gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bildirib.
-
Əraqçi bu axşam Omana yola düşür
Apr 25, 2025 15:27Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərlə söhbətində bildirib: Xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ ilə dolayı danışıqlar aparmaq üçün diplomatik və texniki-ekspert heyətinin başında cümə günü axşam saatlarında Maskata yola düşəcək.
-
Bəqai: Köçkünlər üçün müvəqqəti sığınacaq çadırlarına hücum hərbi cinayətin konkret nümunəsidir
Apr 25, 2025 11:45Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza və Livanda davam edən təcavüzkar və terror hərəkətlərini kəskin şəkildə pisləyib.