Bəqai: Köçkünlər üçün müvəqqəti sığınacaq çadırlarına hücum hərbi cinayətin konkret nümunəsidir
https://parstoday.ir/azeri/news/iran-i10784-bəqai_köçkünlər_üçün_müvəqqəti_sığınacaq_çadırlarına_hücum_hərbi_cinayətin_konkret_nümunəsidir
Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza və Livanda davam edən təcavüzkar və terror hərəkətlərini kəskin şəkildə pisləyib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Apr 25, 2025 11:45 Asia/Baku
  • Bəqai: Köçkünlər üçün müvəqqəti sığınacaq çadırlarına hücum hərbi cinayətin konkret nümunəsidir

Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza və Livanda davam edən təcavüzkar və terror hərəkətlərini kəskin şəkildə pisləyib.

 

İsmayıl Bəqai Qəzzə zolağının mühasirəsinin davam etdirilməsi və humanitar yardımların qarşısının alınması, eyni zamanda, sionist rejimin qaçqın düşərgələri və çadırlarına hücumlarının intensivləşdirilməsini müharibə cinayəti və insanlığa qarşı cinayətin konkret nümunəsi adlandırıb və sionist rejimi və müharibə cinayətlərinin başçılarını mühakimə etmək və cəzalandırmaq üçün qətiyyətli qlobal addım atmağa çağırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu cinayətlərlə bağlı hərəkətsizliyini tənqid edərək, sionist rejimə silah yardımını davam etdirən ABŞ və bəzi Avropa ölkələrini sionist rejimin törətdiyi cinayətlərdə şəriki adlandırıb.