Əraqçi bu axşam Omana yola düşür
https://parstoday.ir/azeri/news/iran-i10786-Əraqçi_bu_axşam_omana_yola_düşür
Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərlə söhbətində bildirib: Xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ ilə dolayı danışıqlar aparmaq üçün diplomatik və texniki-ekspert heyətinin başında cümə günü axşam saatlarında Maskata yola düşəcək.
(last modified 2025-04-26T04:28:31+00:00 )
Apr 25, 2025 15:27 Asia/Baku
  • Əraqçi bu axşam Omana yola düşür

Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərlə söhbətində bildirib: Xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ ilə dolayı danışıqlar aparmaq üçün diplomatik və texniki-ekspert heyətinin başında cümə günü axşam saatlarında Maskata yola düşəcək.

 

İki ölkənin yüksək səviyyəli müzakirəçilərinin iştirakı ilə eyni vaxtda iki tərəf arasında texniki-ekspert görüşünün keçirilməsinə dair anlaşmaya toxunan Bəqai deyib: Ev sahibi Omanın hazırladığı plana və İran və ABŞ arasında razılaşmaya əsasən, şənbə günü ölkəmizin xarici işlər naziri ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında ekspert görüşləri və dolayı danışıqlar keçiriləcək.

Xarici İşlər Nazirliyinin sözçüsü qarşı tərəfdən xoş niyyət, ciddilik və realizm nümayiş etdirməsini tələb etmək üçün danışıqlarda irəliləyişə nail olunduğunu qeyd edib və vurğulayıb ki, İran İslam Respublikasının nümayəndə heyəti əvvəlki qeydlər və təcrübələri nəzərə alaraq, hər bir addımını qarşı tərəfin davranışına uyğun tənzimləyəcək və İran xalqının qanuni hüquq və mənafelərinin müdafiəsi üçün səylərini əsirgəməyəcək.