ABŞ İbrahim Razılaşmasını Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqələndirir
Bu planın arxasında nə dayanır?
Ağ Evin Azərbaycan və Ermənstanı İbrahim Razılaşmasına qoşulmağa dəvət etməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır.
Ağ Evin Azərbaycan və Ermənstanı İbrahim Razılaşmasına qoşulmağa dəvət etməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır.
Cam-Nyus portalı xəbər verir ki, ABŞ prezidentinin şəxsi nümayəndəsi Stiven Uitkoff bir neçə ölkənin, o cümlədən Azərbaycan Respublikası və Ermənistanın “İbrahim Razılaşması”na potensial daxil edilməsindən danışıb.
Uitkoff deyib: “Biz inanırıq ki, bu ölkələr münaqişələrin nizamlanmasına - yekun həllinə - çox, çox yaxındır. İnanırıq ki, hər ikisi İbrahim Sülh Sazişlərinə qoşulmağa hazır ola bilər”.
Ermənistan Xarici İşlər Nazirliyi bu açıqlamaya cavab olaraq bildirib ki, regionda sülhün təşviqinə yönəlmiş təşəbbüslər, şübhəsiz ki, yeni imkanlar aça bilər.
Lakin erməni politoloq Tiqran Qriqoryan bu qənaətdədir ki, Ukrayna və Qəzzədə atəşkəsin təmin edilməsində uğursuzluqları nəzərə alaraq, Vaşinqton İrəvan və Bakı arasında sülh sazişini xarici siyasət uğuru kimi qələmə vermək istəyir.
Analitikin fikrincə, Uitkoffun son açıqlamalarında nəzərəçarpacaq məqam Ermənistanın potensial iştirakçı kimi qeyd olunmasıdır. Daha cəlbedici məqam isə odur ki, səfir İrəvan və Bakının İbrahim Razılaşmasına daxil edilməsini iki ölkə arasında daha geniş sülh prosesi ilə əlaqələndirib. Amma Ermənistan-Azərbaycan sülh prosesini İbrahim Razılaşması ilə əlaqələndirilməyin məntiqini başa düşmək olmur.