bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i13976-bu_gün_rusiyadan_ermənistana_azərbaycandan_tranzit_keçməklə_buğda_göndəriləcək
Avqustun 15-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
(last modified 2026-08-15T06:24:24+00:00 )
Avq 15, 2026 10:00 Asia/Baku
  • bu gün  Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Avqustun 15-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

 

Trend xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.