Putin təyyarə qəzasına görə Əliyevdən üzr istəyib
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı, Azərbaycanın sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasına görə üzr istəyib. O bildirib ki, bu təəssüf doğuran hadisəyə görə məsuliyyət Rusiya hava hücumundan müdafiə qüvvələrinin üzərinə düşür.
Associated Press xəbər agentliyi Tacikistanın paytaxtı Düşənbədən verdiyi məlumata görə, Putin bu fikirləri İlham Əliyevlə görüşü zamanı səsləndirib.
Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi 2024-cü il 25 dekabr tarixində, Bakıdan Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə uçuş zamanı qəza edib.
Azərbaycan rəsmiləri bildiriblər ki, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən təsadüfən vurulub, daha sonra Qazaxıstanın qərb bölgəsində təcili eniş etməyə cəhd etsə də, qəzaya uğrayıb. 67 nəfərdən 38-i hadisə nəticəsində həlak olub.